Xəbər lenti

"Hər zaman olduğu kimi, Türkiyənin dünyada və regionda gedən proseslərdə mövqeyi bu gün də ölkələr arasında münasibətlərin güclənməsi və birgə əməkdaşlığın təmin olunması istiqamətindədir. Türkiyənin Ukrayna ilə Rusiya arasındaki qarşıdurmada da əsas missiyası gərginliyi azaltmaqdır"

Bu fikirləri "Report"un yerli bürosuna türkiyəli hərbi ekspert Mete Yarar bildirib.

Onun sözlərinə görə, mövcud konflikti yalnız Rusiya-Ukrayna böhranı kimi qiymətləndirmək doğru deyil: "Bu münaqişə təkcə Ukrayna-Rusiya əlaqələrini əks etdirmir, eyni zamanda NATO və Şərq bloku arasında gec-tez başlayacaq güc müharibəsinin əlamətləridir"

Ancaq ekspertin fikrincə, son günlərdə daha da dərinləşən Ukrayna-Rusiya böhranı müharibəyə çevrilməyəcək: "Hesab edirəm ki, xüsusilə indiki vəziyyətdə Rusiya ilə Ukrayna arasındaki siyasi-hərbi böhranın qaynar müharibəyə çevrilmə ehtimalı azdır. Rusiya Prezidentinin də ötəngünkü çıxışında müharibənin Rusiyaya sərf etmədiyi, ancaq bir ehtimal kimi istisna edilmədiyi də öz əksini tapdı"



Ana səhifəyə qayıt        Baxış: 3 194          Tarix: 14-02-2022, 20:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma