Xəbər lenti

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.
 
Ovqat.com Türkiyə rəsmi dairələrinə istinadən xəbər verir ki, telefon danışığında regional proseslər, xüsusilə Rusiya-Ukrayna gərginliyi müzakirə edilib.
 
Ərdoğan Türkiyə olaraq Rusiya ilə Ukrayna arasındakı gərginliyin aradan qaldırılması üçün lazımi səy göstərdiklərini və gərginliyi azaltmaq məntiqi ilə hərəkət etdiklərini bildirib.
 
Böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq əsasında Minsk razılaşmaları çərçivəsində sülh və diplomatik yollarla aradan qaldırılacağına dair fikirlərini bölüşdüyünü bildirən Prezident Ərdoğan Türkiyənin liderlər səviyyəsində zirvə toplantısına və ya Rusiya ilə Ukrayna prezidentləri arasında aparılacaq danışıqların ilkin mərhələsinə məmnuniyyətlə ev sahibliyi edə biləcəyini söyləyib. 
 
NATO-nun baş katibi Stoltenberq isə prezident Ərdoğana Rusiya-Ukrayna böhranının siyasi həlli istiqamətində göstərdiyi fəal dəstəyə və şəxsi təşəbbüslərinə görə təşəkkür edib.
 
Stoltenberq həmçinin Kovid-19 testi müsbət çıxan prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana “tezliklə sağalma” diləklərini çatdırıb.


Ana səhifəyə qayıt        Baxış: 4 483          Tarix: 8-02-2022, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma