Xəbər lenti
Dünən, 19:25

 
Dünya Bankının prezidenti David Malpass Rusiya ilə Ukrayna arasında baş verən müharibə səbəbindən dünyanın əmtəə tədarükündə çətinliklər yarandığını bildirib və ölkələri istehsal açığını aradan qaldırmağa çağırıb.
 
Ovqat.com-un məlumatına görə, David Malpass "Bloomberg İnternational"a verdiyi müsahibəsində bu çağırışı səsləndirib.
 
 Malpass bildirib ki, nikel sahəsində İndoneziya, qida və enerji sahəsində isə ABŞ, Meksika və Kanada alternativ təchizatçı ola bilər.
 
İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə də yoxsul ölkələrdə böyük problemlərin yaşandığını ifadə edən Malpass Rusiya məsələsinin müvəqqəti hal kimi görünmədiyini bildirib: “Neft və buğda kimi mallarda Rusiyanın istehsal payını nəzərə alınarsa, dünya uzun müddətli problümlə qarşı-qarşıya qalacaq kimi görünür. Mövcud problem və bu səbəbdən alternativ təchizatçı ölkələrə ehtiyac var."
 
Qeyd edək ki, ABŞ-ın Rusiya qazına qoyduğu embarqo qərarından sonra dünya bazarında neftin qiymətləri astronimik səviyyədə qalxmışdı. Bu qiymət artımında BƏƏ və Səudiyyə Ərəbistanı liderlərinin ABŞ prezidentinin telefonuna cavab verməmələri, əksinə, dərhal Putinə zəng edərək ondan məsləhət aldıqları barədə informasiyaların yayılması da mühüm rol oynamışdı. Nəticədə birdən-birə 131 dolları keçən neft qiymətləri hazırda xeyli ucuzlaşmışdır. Hazırda Brent markalı neft 120.80 civarında alıcı axtarmaqdadır. Neft qiymətlərinin ucuzlaşma trendinə daxil olması, yəqin ki, ABŞ-ın alternativlər axtarışının müsbət nəticələnəcəyinə inamdan qaynaqlanır. ABŞ isə Rusiyanı əvəz edəcək alternativ kimi Venesuala və körfəz ölkələrini gördüyünü gizlətmir. 
 
Vaşinqtonun bu axtarışlarına Dünya Bankının qarışması da Rusiyanın iflası barədə qərarın ən yüksək səviyyədə verildiyinə işarədir. Qeyd edək ki, ABŞ prezidenti Co Bayden dünən verdiyi açıqlamada Rusiyanın arteriya damarlarını kəsəcəyini bildirmişdi. Baydenin “arteriya damarı” deyərkən əsasən Rusiyanın neft idxalını nəzərdə tutduğu aydındır. Çünki Rusiyanın enerji ixracında əsas yeri neft tutur. Üstəlik, Avropa ölkələri də Rusiya qazından fərqli olaraq, onun neftindən rahatlıqla üz döndərə bilər. Təbii ki, OPEC ölkələri neft bazarında Rusiyanı əvəz etmək istəsələr.
 
Dünya Bankının prezidenti dünya dövlətlərini Rusiyadan idxal edilən digər malları, o cümlədən qida məhsullarını kompensasiya etməyə çağırışı, belə görünür ki, Qərb bu ölkəyə qarşı top-yekun iqtisadi müharibəyə hazırlaşır.
 
 


Ana səhifəyə qayıt        Baxış: 6 177          Tarix: 9-03-2022, 20:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma