Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
ABŞ Ukraynadakı müharibəyə görə Rusiyadan ölkəyə neft və neft məhsullarının, təbii qazın idxalına da qadağa qoyub.
“Reuters” agentliyi ilə “İpsos” sorğu şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların əksəriyyəti ölkədə benzinin qiymətinin artmasına baxmayaraq Moskvanın Ukraynaya təcavüzünə cavab olaraq ABŞ-ın Rusiyadan enerji idxalını dayandırmasını dəstəkləyir.
Novator.az saytı xəbər verir ki, sorğunun nəticələrinə əsasən, ABŞ prezidenti Cozef Baydenin üzv olduğu Demokratlar Partiyasının seçiciləri, eləcə də müxalif respublikaçılar Rusiya neftinin və təbii qazının ölkəyə idxalına qadağa qoyulmasına geniş dəstək verir.
Respondentlərin 80%-i hesab edir ki, ölkədə benzin bahalaşsa belə, amerikalılar münaqişə dövründə Rusiyadan neft və qaz almaqdan imtina etməlidirlər.
Sorğu keçirilən zaman ABŞ-da bir qallon (3,8 litr) benzinin orta qiyməti rekord həddə – 4,17 dollara yüksəlib. Amma sorğu iştirakçılarının 63%-i bildirib ki, demokratiyanı qorumaq naminə yanacağın və qazın qiymətinin qalxmasına dözməyə dəyər.
Rəyi soruşulanların əksəri ABŞ-ın və onun NATO-dakı müttəfiqlərinin Ukraynanı Rusiyanın hava hücumlarından qorumaq üçün Ukrayna üzərində uçuşa qadağa qoymasını da istədiyini deyib. Belə bir addım NATO ilə Rusiya ordusu arasında birbaşa hərbi münaqişəyə səbəb ola bilər. Amma amerikalı respondentlərin 73%-i bildirib ki, Ukrayna üzərində uçuşa qadağa qoyulsa, onlar bu addımı dəstəkləyəcəklər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar