Xəbər lenti
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Bir çox ekspertlər Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarının yetərli olmadığını düşünürlər. Xüsusilə Avropa İttifaqının rus neft və qazını sanksiyalardan kənarda saxlaması bu qənaətlərin formalaşmasına yol açır. Çünki Rusiyanın ixracında əsas yeri enerji məhsulları tutur. Aİ isə həmin məhsulları almaqla əslində Rusiyaya qarşı iqtisadi sanksiyaların təsirini azaldırlar.
Aİ ölkələrinin rus qazından asılılığı onların Rusiyadan təbii qaz idxalını dayandıra bilməməsinə yol açır ki, bu mənada Qərb ölkələrinin rus qazından imtina etməməsini hardasa başa düşmək olar. Fəqət eyni sözləri rus nefti üçün söyləmək çətindir. Çünki Avropa ölkələri neft ehtiyaclarının cəmi 30%-ni Rusiyadan alırlar. Üstəlik, qazdan fərqli olaraq dünyada neft hasil edən edən ölkəsi daha çoxdur və Avropa öz ehtiyaclarını onlar vasitəsilə təmin edə bilər. Bir neçə gün əvvəl ABŞ-ın rus qazından imtina təşəbbüsünə isə yalnız Böyük Britaniya qoşuldu. ABŞ və Böyük Britaniyanın Rusiyadan aldıqları neft isə onun ümumi ixracının 3%-dən azını təşkil edir: ABŞ – 1.5%, Böyük Britanıya - 1.3%. Bunun isə Rusiyanın neft ixracından qazandığı gəlirlərə ciddi təsir etməyəcəyi ortadadır.
Düzdür, ABŞ rus neftini kompensasiya etmək üçün Venesuela və körfəz ölkələri ilə danışıqlara başlayıb və bu sövdələşmələr uğurlu alınsa, alternativ enerji mənbələri ortaya çıxar, nəticədə Avropa da rahatlıqla Vaşinqtonun başlatdığı təşəbbüsə qoşula bilər. Lakin bu çalışmaların hələ uzun zaman alacağı da sirr deyil.
Bəs, rus neftindən imtina Moskvaya hansı ölçüdə zərər vura bilər və ABŞ nədən bu təşəbbüsü qaldırıb?
Məsələ burasındadır ki, Rusiya düşündüyümüz kimi ən ciddi qazancını qaz ixracatından yox, neft satışlarından əldə edir. Bunu müxtəlif hesabatlar da təsdiqləyir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, Rusiya ötən il neft satışlarında 180 milyard dollar qazanıb. Rusiya Gömrük Xidmətinin 2021-ci ilə dair hesabatına görə isə, ölkə qaz ixracatından cəmi 55.5 milyard dollar əldə edib. Rəqəmləri müqayisə etsək, görərik ki, Rusiyanın neft gəlirləri qaz gəlirlərindən ən azı 3 dəfə çoxdur. Deməli həqiqətən də rus neftinə embarqo baş tutarsa, Rusiya ciddi şəkildə sarsıla bilər. Görünür, ABŞ prezidenti Co Bayden bir neçə gün əvvəl Rusiyadan neft idxalını dayandırdığını elan edərkən “biz Rusiyanın arteriya damarını kəsəcəyik” deyəndə məhz bunu nəzərdə tuturdu.
Növbəti sual ortaya çıxır: Rusiyanın neft ixracatının cəmi 1.5%-ni alan ABŞ bu alış-verişi tamamilə dayandırarkən niyə özündən bu qədər arxayın danışırdı? Axı, 1.5% kəsinti ilə Rusiya iqtisadiyyatının qan-damar sistemini necə dayandırmaq olar? Bir sözlə, Bayden söz verdiyi kimi, Rusiyanın arteriya damarını kəsə biləcəkmi?
Ovqat.com-un məlumatına görə, dünyanın aparıcı iqtisadi nəşrlərinin dərc etdiyi bəzi məlumatlar bu suala aydınlıq gətirir.
“Bloomberg”in iddiasına inansaq, Ukraynanın işğalından sonra ağır sanksiyalara məruz qalan Rusiya artıq öz neftinin 70 faizinə müştəri tapmaqda çətinlik çəkir. Nəşr bu xəbərini “Energy Aspects” konsaltinq şirkətinin iddialarına əsaslandırıb.
“Energy Aspects”in mütəxəssisləri rus neftinə tələbatın azalmasını sanksiyalar səbəbindən Rusiyanın enerji sektorunda yaranan narahatlıqlardan qaynaqlandığını vurğulayırlar. İddia edilir ki, neft daşımaçılığı ilə məşğul olan gəmi sahibləri və neft emalı müəssisələri müharibə və sanksiyalar ucbatından Rusiya mallarını almaqdan çəkindiyi üçün bu durum meydana çıxıb.
Məluamata əsasən, enerji bazarları ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın tətbiq etdiyi ağır sanksiyalardan kənarda qalsa da, təchizatçılar gözlənilən risklərdən yayınmaq üçün alternativ mənbə axtarışına başlayıblar. Alternativ tapmaq yarışı isə dünya bazarında neftin qiymətini bahalaşdırıb. Hazırda bir barrel Brent markalı neft 110 ABŞ dollar civarında satılır.
"Avropalıların əksəriyyəti Rusiya neftinə sanksiya tətbiq etməsə də, yalnız bir neçə neft emalı zavodu və investor enerji bazarda rus neftinə pul yatırır, lakin artan qorxu səviyyəsi və müharibə sığortasının olmaması ticari əməliyyatları əhəmiyyətli dərəcədə çətinləşdirir", - “Energy Aspects”in mütəxəssisləri belə deyib. Onların fikrincə, "müharibə sığortası olmadığı üçün əksər gəmi şirkətləri Baltik və Qara dəniz bölgəsinə daxil olmaq istəmirlər”.
Göründüyü kimi, bu iddia doğrudursa, ABŞ həqiqətən, vəd etdiyi kimi, Rusiyanın “arteriya damarını indidən kəsmiş” durumdadır. Zaman keçdikcə, rus neftindən imtina daha da böyüyə və qaz ixracına da sıçraya bilər. Avropa Komissiyasının bir müddət əvvəl hazırladığı müvafiq proqramında Rusiyadan alınan qaz həcmini bu ilin sonuna qədər 67% azaltmaq nəzərdə tutulur. Proqramda həmçinin cari onillikdə Rusiyadan qaz alışının tamamilə dayandırılması yekun hədəf olaraq seçilib. Sözügedən proqramın hədəfləri reallaşarsa, ilin sonuna qədər Rusiyanın iqtisadi cəhətdən ciddi problemlərlə üzləşəcəyi qaçılmaz görünür.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar