Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
ABŞ Rusiyaya dəbdəbəli malların ixracına qadağa qoyur, həmçinin təcavüzkar ölkədən alkoqol, dəniz məhsulları və almaz idxalından imtina edir.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden yeni müraciətində bildirib.
"Putin təcavüzkardır. O, beynəlxalq sülh və sabitliyin əsaslarını təhdid edən müharibə apara, eyni zamanda isə maliyyə yardımı istəyə bilməz", - Ağ Evin rəhbəri bildirib.
Bayden həmçinin bildirib ki, G7 Vladimir Putin rejimini dəstəkləyən rus oliqarxlarına və onların ailələrinə qarşı sanksiyaları genişləndirəcək. Onların G7 ölkələrindəki bütün əmlakları müsadirə ediləcək.
Bundan başqa, Rusiya artıq Dünya Bankı və İMF-dən heç bir maliyyə dəstəyi ala bilməyəcək.
UNIAN-ın bu gün əvvəl verdiyi məlumata görə, ABŞ Rusiyaya ABŞ dolları əskinaslarının ixracını, satışını və tədarükünü qadağan edib. Bu, gələcəkdə Rusiya iqtisadiyyatının istənilən sektoruna investisiyalara məhdudiyyətlər qoymağa imkan verəcək.
Martın 8-də isə Co Bayden Rusiya neft və qazının, eləcə də digər enerji resurslarının idxalına qadağa qoyulduğunu elan edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar