Xəbər lenti

 
ABŞ senatoru Marko Rubio ABŞ Senatına 2022-ci ildə “Avtoritar müharibənin qarşısının alınması haqqında” qanun layihəsini təqdim edib.
 
Ovqat.com xəbər verir ki, sənəddə Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi halında prezident Vladimir Putinə və digər rus oliqarxlarına qarşı dərhal sanksiyaların qoyulmasını təklif edir.
 
Bu barədə senator Rubionun rəsmi saytında deyilir: "Vladimir Putini geri çəkilməyə məcbur etmək üçün istənilən strategiyanın əsas hissəsi işğalın nəticələrini onun Rusiya üzərində nəzarətini dəstəkləyən oliqarxlar üçün son dərəcə ağrılı hala gətirməkdir".
 
O vurğulayıb ki, qətnamədə nəzərdə tutulan müddəalar Rusiyanın müəyyən hərəkətlərini Ukraynaya təcavüz kimi qiymətləndirib-qiymətləndirməməsinə qərar verən ABŞ prezidenti Co Baydendən asılı olmayacaq.
 
Qanun layihəsində Putinin özünə və Rusiya iqtisadiyyatının Kreml rəhbərinin şəxsi varlanmasına xidmət edən sektorlarına qarşı sanksiyaların tətbiqi nəzərdə tutulur.

 

Şəkildə: Layihənin müəllifi Marko Rubio


Senator Rusiyanın Ukraynaya müdaxiləsi halında aşağıdakı tədbirlərin görülməsini təklif edib:
 
Vladimir Putinə, Rusiyanın baş nazirinə, Rusiya müdafiə nazirinə və digər rus oliqarxlarına məxsus əmlakları bloklamaq və onların vizalarını ləğv etmək;
 
Rusiya iqtisadiyyatının enerji, maliyyə, dağ-mədən və aerokosmik sektorlarında Rusiya şirkətləri ilə əməliyyatları qadağan etmək;
 
Bu qanun layihəsinə uyğun olaraq sanksiyaya məruz qalan Rusiya banklarına və şirkətlərinə xidmət göstərməyi dayandırmayacağı təqdirdə, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinə (SWIFT) qarşı sanksiyalar tətbiq etmək;
 
“Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyaları dərhal bərpa etmək.
 
Xatırladaq ki, 2021-ci ilin dekabrında ABŞ xəbərdarlıq etmişdi ki, Ukraynaya qarşı hərbi təcavüz olarsa, Rusiya “görünməmiş sanksiya”larla üzləşə bilər.




Ana səhifəyə qayıt        Baxış: 6 315          Tarix: 15-01-2022, 07:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma