Xəbər lenti

Polşa, Latviya, Litva və Estoniya yaxın 48-72 saat ərzində Rusiyadan tam təcrid prosesini başladacaq, beləliklə, öz quru yollarını Rusiyaya məhsulların çatdırılmasına bağlayacaqlar.

Bu barədə Ukraynanın infrastruktur naziri Mustafa Nayem bildirib.

“Ötən həftə biz rəsmi şəkildə həmkarlarımıza Rusiya və Belarusla istənilən avtomobil əlaqəsinin bağlanması istəyi ilə müraciət etdik. Sözügedən ölkələrin hər birinin nəqliyyat nazirlərinə təşəkkürlər. Yekun nəticəni gözləyirik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, sözügedən qərarın qəbul ediləcəyi halda Rusiya və Belarusun sərhədləri tam şəkildə bağlanacaq və avtomobil əlaqəsi və bütün nəqliyyat daşınmaları mümkünsüz olacaq.

Mənbə: Unian.net



Ana səhifəyə qayıt        Baxış: 3 648          Tarix: 4-04-2022, 21:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma