Xəbər lenti

 
Polşa prezidentinin Belarusun ayrı-ayrı regionlarını "müdafiə altına almağa" hazır olduğuna dair dedikləri haqda informasiyalar Rusiyanı narahat edir. 
 
Ovqat.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 
 
Onun sözlərinə görə, Polşa Belarusun daxili işlərinə açıq şəkildə müdaxilə edir, etirazlara maddi dəstək verir və Minskə təzyiq göstərir. 
 
M.Zaxarova vurğulayıb ki, Moskva Varşavanı Belarusun suverenliyinin pozulmasından imtina etməyə və beynəlxalq hüquq normalarına hörmət göstərməyə çağırır.
 


Ana səhifəyə qayıt        Baxış: 2 894          Tarix: 4-09-2020, 06:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma