Xəbər lenti
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
Rusiya Avropadakı əsas qaz istehlakçıları olan Almaniya və Avstriyadan qazın dəyərini rublla da almaq niyyətində deyil.
“Bloomberg” xəbər verir ki, “Qazprombank” Almaniya və Avstriyanın “Gazprom Marketing” vasitəsilə rublla ödəniş üçün müraciətini qəbul etməyib.
Agentliyin məlumatına əsasən hər iki ölkə aprel və may ayları üçün qazın dəyəri üzrə rublla ödəniş etmək istəyiblər. Lakin onların “Gazprom Marketing” vasitəsilə təklif etdiyi ödənişləri “Qazprombank” geri qaytarıb.
Qeyd edək ki, Almaniya mart ayında Rusiya qazından asılılığını 40 faizdən 35 faizə qədər azaldıb. Neft təchizatında isə asılılıq minimuma – 12 faizə endirilib. Mayın ilk yarısına qədər Almaniyada Rusiya nefti ilə işləyən yeganə emal zavodunun da Polşa nefti ilə işləməyə başlayacağı nəzərdə tutulur. Avstriya isə hələlik Rusiya qazından 80 faizdən yuxarı olan asılılığı azaltmaq istiqamətində hansısa ciddi addım atmayıb.
İki gün əvvəl Almaniyada NATO ölkələrinin Ukraynaya sərhədsiz silah yardımını nəzərdə tutan lendliz qərarı qəbul etməsindən sonra Rusiya Avropa ölkələrinə qarşı əlində olan yeganə təsirli silahını işə salmaq qərarına gəlib. Aprelin 27-də Polşa və Bolqarıstana qaz ixracı dayandırılıb. “Bloomberg”in yaydığı məlumat göstərir ki, Moskva qazdan ən çox asılı olan ölkələri vurmaqla həm Ukraynaya hərbi yardımın, həm də neftindən imtinanın qarşısını almağa çalışır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar