Xəbər lenti
 
 
Ukraynaya qarşı işğal əməliyyatından sonra sanksiyalarla üzləşən Rusiya ödəmə vaxtı çatan istiqrazları ilə bağlı ciddi risklə üzləşib.
 
Ovqat.com xəbər verir ki, Beynəlxalq kredit reytinqi agentliyi “Fitch” bu barədə məlumat yayıb.
 
“Fitch Ratings” kredit reytinq agentliyi xəbərdarlıq edib ki, Rusiya dollarla olan istiqraz ödənişlərini rublla aparmağa çalışsa, defolt hesab olunacaq.
 
Rusiyanın bu günə qədər olan  xarici valyuta borcu 117 milyon dollardır. Sözügedən ödəniş müharibədən sonra çökmüş istiqrazları saxlayan investorlar üçün çox vacibdir. Bu, Rusiyanın dost olmayan ölkələrə istiqraz borclarını rublla ödəcəyini elan etdikdən sonra ilk istiqraz ödənişi olacaq.
 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın ilk həftəsində fərman imzalayıb. Sanksiyalara cavab olaraq hazırlanan fərmanda Rusiya hökuməti istiqraz sahiblərinin faiz və əsas borc ödənişlərini almasını məhdudlaşdıraraq xarici valyutalara çıxışı əhəmiyyətli dərəcədə azaldıb.
 
Xarici valyuta ödənişləri ilə yanaşı, "Fitch" rublla öhdəlikləri barədə də xəbərdarlıq edərək, 2 mart təxirə salınmış ödənişlər üçün verilmiş 30 günlük möhlətin aprelin 1-də başa çatacağına diqqət çəkib.
 
Bildirilir ki, Rusiya 1998-ci ildən bəri yerli valyuta istiqrazları üzrə defoltla üzləşməyib. Xarici valyuta ödənişlərinə gəlincə, o, 1918-ci il Bolşevik İnqilabından sonra heç vaxt defolt olmayıb.
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 937          Tarix: 16-03-2022, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma