Xəbər lenti
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Martın 29-da günortadan sonra Almaniyanın Malnov kompressor stansiyasında Yamal-Avropa boru kəməri ilə qaz axını sıfıra enib.
Ovqat.com xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb.
Agentlik bunu Rusiyanın öz qazını “qeyri-dost ölkələrə” rublla satmaq qərarından sonra yaranmış vəziyyətlə izah edib. Bəzi Avropa ölkələri qazı rublla almaq istəmədiyindən Yamal-Avropa qaz kəməri faktiki olaraq işini dayandırıb.
“Gascade” operatorunun məlumatına görə, Malnov sərhəd-keçidində Yamal-Avropa boru kəməri ilə qaz axını yerli vaxtla saat 13:00-da 1,451,155 kVt/saat təşkil edib, lakin o vaxtdan etibarən sıfıra düşüb”, - xəbərdə deyilir.
Qeyd edək ki, Yamal-Avropa qaz kəməri 1999-cu ildə istismara verilib. Kəmər Tver vilayətinin Torjok şəhərində qaz ötürücü qovşağından başlayıb, Rusiya, Belarus, Polşa və Almaniya ərazilərindən keçir. Qərbdəki son “mənzili” isə Almaniya-Polşa sərhədi yaxınlığında yerləşən Malnov kompressor stansiyasıdır (Frankfurt an der Oder yaxınlığında), burada JAGAL qaz kəmərinə qoşulur. Qaz kəmərinin ümumi uzunluğu 2000 km-dən çoxdur.
Yamal qaz yataqları Rusiya qazının 20%-dən çoxunu istehsal edir, 2030-cu ilə qədər bu rəqəmin 40%-ə yüksələcəyi gözlənilir. Mənbəyini bu yataqlardan alan Yamal-Avropa qaz kəməri ildə 33 milyard kub metr qaz nəql etmək gücünə malikdir.
Martın 28-də Vladimir Putin hökumətə, Rusiya Mərkəzi Bankına və “Qazprom”a Rusiya qazının Avropa ölkələrinə tədarükü üçün ödənişləri rublla qəbul etməyi tapşırmışdı. Məqsəd rus rublunu çöküşdən xilas etmək və guya enerji bazarını dollarsızlaşdırmaq idi. Rusiyanın müvafiq dairələri martın 31-dən etibarən bu tapşırığı yerinə yetirməyə başlayacaqdılar.
Amma Putinin sözügedən qərarı enerji bazarında birmənalı qarşılanmamışdı. G7 ölkələrinin energetika nazirləri Rusiya qazının pulunu rublla ödəməyəcəklərini bildirmişdilər. Martın 29-da Yaponiya və Aİ da Rusiya qazının pulunu rublla ödəməkdən imtina etmişdilər. Dünya ölkələrinin bu həmrəyliyi ilk ağır nəticəsini Yamal-Avropa qaz kəmərində göstərdi. Ayın 31-dən sonra Rusiyanın digər qaz kəmərləri də bənzər tale ilə üzləşə bilərlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar