Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Beynəlxalq Büdcə Tərəfdaşlığının Açıq Büdcə İndeksi hesabatına münasibət bildirib. 2021-ci il üzrə reytinqə görə, Azərbaycan 120 ölkə arasında 44-cü yerdə qərarlaşıb, 100 mümkün baldan 57 bal toplayıb.
Qubad İbadoğlu yazır ki, hesabatdan Azərbaycanın əvvəlki – 2019-cu il indeksi ilə müqayisədə büdcə şəffaflığını 22 bal yaxşılaşdırdığı çıxır: “Bu nəticə gerçəkliyi əks etdirmir. Ekspert olmayanlara da bəllidir ki, Azərbaycanda büdcə prosesində ictimai iştirakçılıq yoxdur, büdcə xərclərinin çox hissəsinin son təyinatını icra hakimiyyəti müəyyənləşdirir, nə parlament, nə də hökumət büdcə dinləməsi keçirir, büdcə xərclərinin, xüsusilə də investisiya və müdafiə xərclərinin təsnifatı verilmir, büdcə hesabatlılığı formal xarakter daşıyır, öncədən büdcə bəyanatı qəbul olunmur, ilin ortasında büdcənin icrasının xülasəsi dərc edilmir.
Son indeksdə büdcəyə kənar nəzarət institutu olan Hesablama Palatasının rolunu elə şişirdiblər ki, Azərbaycanın bu sahədə əldə etdiyi bal müstəqil institutları olan ölkələri üstələyib.
Beynəlxalq Büdcə Tərəfdaşlığı bu hesabat barədə obyektiv məlumatlandırılacaq. Kimlərsə ekspert adı ilə hakimiyyətə yaranmaq istəyirsə, başqa yol seçsinlər, ölkənin göstəricilərini saxtalaşdırıb hakimiyyətin büdcə korrupsiyasına bəraət qazandırmasınlar”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar