Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu büdcə xərclərinin aylar üzrə bölgüsü probleminə nəzər salıb.
Novator.az-ın məlumatına görə, o yazır ki, dekabr ayı korrupsionerlər üçün büdcə talançılığı ayıdır: “İndiki hakimiyyətin dövründə yola saldığımız hər ilin son ayı büdcə korrupsiyasının pik ayı olub.
Növbəti ilə qalıq qalmasın deyə dekabr ayı ərzində sənədlərdə xərcləmələr, yəni silinmələr əvvəlki aylarla müqayisədə dəfələrlə artır. Belə mənimsəmələr on illərdir davam edir. Məsələn, 2020-ci ilin 11 ayı üzrə orta aylıq büdcə xərclərinin məbləği 2 milyard 14,8 milyon manat olub, dekabr ayında isə xərcləmələr orta göstəricini 2,1 dəfə üstələyib. 2020-ci ilin dekabr ayında xərclənən vəsait ümumi büdcə xərclərinin 16,1 faizini təşkil edib. 2019-cu ildə analoji göstərici 17,4 faiz olub”.
Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsi üzrə məlumatına istinad edən Qubad İbadoğlu yazır ki, yanvarda büdcədən 1 milyard 403,2 milyon, fevralda 1 milyard 927 milyon, martda 1 milyard 924,4 milyon, apreldə 2 milyard 13 milyon, mayda 2 milyard 124,7 milyon, iyunda 2 milyard 338,5 milyon, iyulda 2 milyard 411,8 milyon, avqustda 2 milyard 213,3 milyon, sentyabrda 2 milyard 286,3 milyon, oktyabrda 2 milyard 79,9 milyon, noyabrda 1 milyard 440,7 milyon, dekabrda 4 milyard 253,6 milyon manat xərclənib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar