Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Rusiya qazının tədarükündə daha kəsintilər gözlənilmir və yeni mexanizm işə başlayıb.
Ovqat.com-un məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında belə deyib.
O, bildirib ki, Qazprom-un müştərilərinin 10%-dən bir qədər çoxu rubl hesabları açmaqdan imtina edib. Rusiya şirkəti özü də Rusiya hökumətinin əks-sanksiyalar səbəbindən eyni sayda müştəri ilə əməkdaşlığı dayandıra bilər. Nəticədə Avropa İttifaqına tədarükün cəmi 20%-nin azalması gözlənilir.
“Rusiya qazı üçün yeni ödəniş mexanizminə keçməkdən imtina edən ölkələr sıradan çıxıb, qalanları isə yeni mexanizmlə işləyir”, - deyə Peskov bildirib.
Xatırladaq ki, aprel-may aylarında Polşanın “PGNiG”, Danimarkanın “Orsted”, Finlandiyanın “Gasum”, Almaniyanın “Shell Energy Europe”, Hollandiyanın “Gasterra” və Bolqarıstanın “Bulgargaz” şirkətləri yeni mexanizm üzrə ödənişdən imtina edib və “Qazprom” onlara qaz tədarükünü dayandırıb. Bu şirkətlərin müqavilə portfeli 20 milyard kubmetrə yaxındır və müqavilələrin ən böyüyü - Polşa, Bolqarıstan və Danimarka şitkərləri ilə bağlanan sövdələşmə aktları bu ilin sonunda başa çatmalı idi. Nəticədə, “Qazprom” təkcə bu səbəbdən gələn ilin əvvəlindən 13-15 milyard kubmetrlik müqavilələri itirə bilər.
Bununla belə, “Qazprom”un ən böyük müştəriləri sanksiyalara qoşulmayıb. İtalyanın “Eni”, Fransanın “Engie”, Almaniyanın “Uniper”, “RWE” və Avstriya “OMV” şirkətləri rublla ödəmə sisteminə keçib.
Ekspert təxminlərinə görə, bu il Rusiya qazının Avropa İttifaqına tədarükü üçdə bir azala və 95-100 milyard kubmetrə qədər düşə bilər. Lakin “Qazprom” buna görə ümidsiz deyil. Kotirovkaların mübadiləsi üçün uzunmüddətli müqavilələrin bağlanması səbəbindən avropalı alıcılar üçün müəyyən aylarda Rusiya qazını almaq sərfəli olmasa da onların müəyyən həcmləri almaq öhdəliyi var. “Qazprom”un cari kotirovkalarla əldə etdiyi gəlirlər şirkətin tarixində rekord həddə – 100 milyard dollara qədər yüksələ bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar