Xəbər lenti

“Qazprom” Polşaya qaz nəqlinin dayandırılması ilə bağlı xəbərləri təkzib edib.

Şirkətdən bildirilib ki, Varşava bu gün yeni prosedura uyğun olaraq, yanacaq tədarükü üçün ödəniş etməyə borcludur.

Qeyd edək ki, Polşanın təbii qaz operatoru “Gas System” və Qaz Nəqli Sistemləri Operatorlarının Avropa Şəbəkəsinin (ENTSOG) məlumatına görə, aprelin 26-na keçən gecə Rusiya qazının Polşanın Kondratki stansiyası ilə fiziki axını dayanıb.

Bildirlib ki, aprelin 24-nə keçən gecə də analoji vəziyyət müşahidə olunub. Aprelin 25-də isə nəql edilən qazın həcmi 75% az olub.

19:26

Rusiya Yamal müqaviləsi çərçivəsində Polşaya qaz tədarükünü dayandırıb.

Bu barədə çərşənbə axşamı “Onet” portalı qeyri-rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İqlim Məsələləri Nazirliyində böhran qərargahı yaradılıb.

Rəsmi olaraq tədarükün dayandırılması barədə məlumat verilmir. Belə ki, bu barədə bildiriş bir gün ərzində gəlməlidir.

Portal onu da vurğulayır ki, Rusiya tədarükün dayandırılmasının səbəbləri barədə Polşa tərəfinə məlumat verməyib.



Ana səhifəyə qayıt        Baxış: 2 607          Tarix: 26-04-2022, 23:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma