Xəbər lenti

Ukrayna Türkiyədən Rusiya bayrağı altında üzən yük gəmisinin saxlanmasını rica edib. Ukrayna hakimiyyət orqanları gəminin Rusiya qüvvələri tərəfindən işğal olunmuş Berdyansk limanından çıxdığını bildirir.

Ukraynanın Ankaradakı səfiri iyulun 1-də deyib ki, Zhibek Zholy “İpək yolu” gəmisi Azov dənizindəki Berdyansk portundan çıxdıqdan sonra Türkiyənin Karasu limanı sahillərində lövbər salıb.

Səfir Vasil Bodnar “Twitter”də yazıb: "Biz Ukrayna Baş Prokurorluğunun təlimatı ilə Türkiyə tərəfindən müvafiq tədbirlərin görülməsini rica etmişik. Mən əminəm ki, görüləcək tədbirlər Ukraynanın ərazi bütövlüyünün pozulması cəhdinin qarşısını alacaqdır”.

Səfir gəmidəki yükün nədən ibarət olduğunu yazmır.

Gəmilərin hərəkətini izləyən Marinetraffic.com saytı yazır ki, 140 metrlik Zhibek Zholy gəmisi Rusiya bayrağı altında üzür. Saytın məlumatına görə həmin gəmi iyulun 1-də Türkiyənin Qara dəniz sahilindəki Karasu portunun 1 kilometrliyində lövbər salıb.

İşğal olunmuş Zaporojya regionuna Moskva tərəfindən təyin edilmiş administrasiyanın başçısı Yevgeni Balitski iyunun 30-da “Telegram”da yazırdı ki, 7 min ton taxıl daşıyan ticarət gəmisi Berdyansk limanından çıxıb. O bildirirdi ki, gəmi dost ölkələrdən birinə yollanıb.

Türkiyənin Ədliyyə Nazirliyinə iyunun 30-da təqdim olunmuş məktubda deyilir ki, Zhibek Zholy gəmisi Berdyansk limanından oğurluq Ukrayna taxılını çıxarıb.

“AzPolitika.info”




Ana səhifəyə qayıt        Baxış: 4 345          Tarix: 2-07-2022, 15:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma