Xəbər lenti

Bu il Azərbaycandan ixrac olunan pomidorların böyük hissəsi - bütün ixracın 97,5 faizi Rusiyanın payına düşüb.

Məlumata görə, yanvar-iyul aylarında qonşu ölkəyə 109 min ton məhsul ixrac edilib. Bu isə Azərbaycana 130 milyon dollara (221 milyon manata) yaxın gəlir gətirib.

Bu rəqəmlər göstərir ki, Azərbaycanla Rusiya arasında artıq “pomidor problemi” yoxdur.

Xatırladaq ki, “Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) 2020-ci ilin dekabrında Azərbaycan pomidorlarının tərkibində Cənubi Amerika pomidor güvəsi və şərq balıq güvəsi aşkar edildiyi üçün idxalını qadağan etmişdi. Məhdudiyyətlər yalnız bu ilin mart ayında götürülüb.

Mənbə: Sputnik




Ana səhifəyə qayıt        Baxış: 3 410          Tarix: 17-08-2022, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma