NATO “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində baş verən qaz sızıntısı ilə bağlı hadisənin cavabsız qalmayacağını bildirib.
Bu barədə Şimali Atlantika Alyansının bəyanatında deyilir.
Qeyd edilib ki, Baltik dənizinin beynəlxalq sularında “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin zədələnməsi NATO-nu dərindən narahat edir.
“Hazırda bütün mövcud məlumatlar bunun qəsdən, məntiqsiz və məsuliyyətsiz təxribat aktlarının nəticəsi olduğunu göstərir. Bu sızmalar gəmiçilik üçün risklər yaradır və ətraf mühitə ciddi ziyan vurur. Biz zərərin mənşəyini müəyyən etmək üçün aparılan araşdırmaları dəstəkləyirik”, - deyə bəyanatda vurğulanıb.
“Alyans üzvlərinin kritik infrastrukturuna qəsdən edilən istənilən hücum vahid və qətiyyətli cavabla qarşılanacaq”, - deyə bəyanatda vurğulanıb.
Mənbə: Yevropeyskaya pravda
Paylaş: