Xəbər lenti

“Base Metals” şirkəti ekspertiza başa çatana qədər Azərbaycanın Qaranağ iqtisadi rayonu ərazisində “Dəmirli” mis-molibden yatağında qanunsuz istismarını dayandırmaq qərarına gəlib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Şirkətin bəyanatında deyilir ki, ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərara alınıb.

Müraciət ən qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.

''Base Metals'' QSC 7 avqust 2002-ci ildə təsis edilmiş və Qarabağda fəaliyyət göstərən "Vallex" şirkətlər qrupuna daxildir. Şirkət Qarabağda Dəmirli mədənində işləyir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 17 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 468          Tarix: 28-12-2022, 21:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma