Xəbər lenti


Prezident İlham Əliyev: “Biz artıq buna hazırlaşırıq”

Azərbaycan Ordusu böyük sürətlə torpaqlarımızı işğaldan azad edir. 30 ilə yaxın Ermənistanın işğalında qalan ərazilərimizin müxtəlif faydalı qazıntılarla zəngin olması heç kimə sirr deyil. Rəsmi məlumatlara görə, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s. ) yataqları yerləşir.

Bu faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı İstisu, Aşağı İstusu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilib.

Qeyd olunan yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132.6 ton qızıl, 37.3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898.4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilib.

Regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılıb. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənib. Burada istismara hazır olan filiz ehtiyatları vaxtilə öyrənilmişdi. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

Bu faydalı qazıntılarla bağlı məlumatlar müəyyən mənada nisbi xarakter daşıyır və növbəti mərhələdə bütün yataqların qiymətləndirilməsi aparılmalı, sovet dövrünə aid rəqəmlər dəqiqləşdirilməlidir. Nəzərə alınmalıdır ki, keçən 30 il ərzində ərazilər talançılığa məruz qalıb. Həmçinin, yeni qiymətləndirmə üsulları meydana gəlib və regionun faydalı qazıntılarla bağlı yeni geoloji xəritəsi hazırlanmalıdır.

Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə işlərə başlandığını açıqlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, ərazilərin işğal altında saxlanılması Ermənistana ciddi iqtisadi fayda gətirməyib: “Həmin ərazilərin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olmasına, əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqaları kimi çox yayılan faydalı qazıntılara malik olmasına, habelə geniş kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Bəli, Kəlbəcərdə və başqa ərazilərimizdə kustar üsullarla və ətraf mühitə ziyan vurmaqla faydalı qazıntılarımız talanıb. Buna görə cavabdeh şəxslər məsuliyyətə cəlb olunacaqlar”

Mərkəz rəhbəri bildirir ki, “AzerGold” QSC və Azərbaycan Sənaye Korporasiyası bu ehtiyatların hasilatı və emalını həyata keçirə biləcək təcrübə, ixtisaslı kadr, ixrac və investisiya imkanlarına sahibdir: “Beləliklə, yeni təbii resursları dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. Metallurgiyanın inkişafı isə Azərbaycanda bir sıra sənaye sahələri ilə yanaşı, həm də hərbi-sənayenin inkişafını sürətləndirəcək. 5G texnologiyalara sahib Azərbaycan Ordusunun təchizatında hərbi sənayemiz öz sözünü deməlidir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Ən əsası azad edilən ərazilərin iqtisadiyyatı yenidən qurulacaq və yeni texnologiyalar tətbiq olunacaq, bu isə iqtisadiyyatı daha məhsuldar edəcək. İkinci Dünya Müharibəsindən sonra ən çox dağılmış iki ölkə - Almaniya və Yaponiya daha sürətlə inkişaf etdi, çünki yeni texnologiyalar tətbiq olundu, iqtisadiyyatın məhsuldarlığı yüksəldi. Məsələn, işğaldan azad edilmiş Cəbrayılın yenidən tikilməsi üçün əksər tikinti materiallarının ehtiyatları elə bu rayonun özündə də var: mişar daşı istehsalına yararlı tulus tuf, çaxmaqçay, tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı vulkan külü, gəc, əhəngdaşı, qum-çınqıl, yəşəm, xalsedon və meşə ehtiyatları.

İşğaldan azad olunan ərazilərdə “tikinti bumu” gözlənilir. Ərazilərimizin azad edilməsi nəticəsində biz qarşıdakı illər üzrə qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyimiz proqnozları yenidən işləməli olacağıq. Çünki Ordumuzun bu qələbəsi həm də qeyri-neft sektorumuzun daha sürətlə böyüməsinə təkan verəcək. Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza təsiri çox böyük olacaq. İlkin hesablamamız göstərir ki, qarşıdakı illərdə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında əsas sahələr üzrə məhsulun ümumi buraxılışı 2 milyard manatdan çox arta bilər”.


İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması bizim təbii resursla¬rımızın, o cümlədən qızıl ehtiyatlarımızın Ermənistan tərəfindən istismar və talan edilməsinə səbəb olub: “Zəngilan və Kəlbəcərdə kifayət qədər qızıl yataqları var. Zəngilanın işğaldan azad olunan Vejnəli qızıl yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondur.

Bu qiymətləndirmə işğaldan əvvəl, yəni keçmiş SSRİ dövründə aparılıb. Müasir texnologiya ilə həmin yataqlardan daha çox qızıl hasil edilməsi mümkündür. Lakin ötən 27 il ərzində torpaqlarımızın iş¬ğal altında olması yataqların işğalçı ölkə tərəfindən istismar olunmasına, eləcə də erməni əsilli iş adamla¬rı tərəfindən bu təbii sərvətlərin mənimsənilməsinə gətirib çıxarıb. Qızıl yataqlarımız Azərbaycanın razılığı və iştirakı olmadan Ermənistan vasitəsilə digər ölkələr tərəfindən qeyri-qanuni istifadə edilib. Bu da təbii ki, beynəlxalq hüququn prinsiplərinə ziddir. Bu baxımdan Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, o cümlədən beynəlxalq konvensiyalara uyğun olaraq bu istiqamətdə öz hüquqları¬nı qorumaq imkanına malikdir”.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində hazırda ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən Vejnəli qızıl yatağı onun özünə qaytarılıb: “Bu da uzun müddət işğalda olan və ermənilərin talan etdikləri təbii ehtiyatların Azərbaycan tərəfindən istifadəsinə, ölkəmizdə hasil olunan qızılın və digər təbii ehtiyatların dünya bazarlarına çıxarılmasına imkan verəcək.

Azərbaycan güclü ölkədir. Respublikamız növbəti mərhələdə öz təbii ehtiyatlarını istifadə etmək, eyni zamanda, əvvəlki dövrlərdə bu yataqları talayan dövlətlərin, eləcə də şəxslərin, xüsusən də Ermənistanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq məsuliyyətinin müəyyənləşdirilməsinə çalışacaq.

Erməni tərəfin işğal altında olan Azərbaycan ərazilərində milli sərvətlərimizi talaması, habelə bu prosesdə xarici şirkətlərin iştirak etmələrinə dair çoxsaylı faktlar var. Ümumilikdə, işğal olunan Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqlar mövcuddur. Ermənistanın ixracın¬da mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratları¬nın, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir ya¬taqlarından hasil olunur. Zəngilan rayonunun işğaldan azad olunan ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilib, 14, 15, 16, 19, 21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanıb. Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib.

Burada 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılıb. Yataq 1984-cü ildə Məhəlli Ehtiyat¬lar Komissiyasında təsdiq olunaraq, Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Ba¬lansına qəbul edilib. Təsdiq edilən ehtiyatlar: C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl - 2,169 ton; C2 kateqoriyası üzrə filiz - 433 min ton, qızıl - 4,347 ton təşkil edib. C1 kateqoriyası üzrə gümüş - 0,19 ton; C2 kateqoriyası üzrə gümüş - 9,9 ton təşkil edib. C1 kateqoriyası üzrə mis - 0,2 min ton; C2 kateqoriyası üzrə mis - 2,8 min ton qeydə alınıb.

Ölkəmizdə qızılçıxarma sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Pre¬zidentinin “Azərbaycan Res-publikasının bir sıra qızıl yataq¬larının kəşfiyyatı və işlənməsi barədə” 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq, 1997-ci il avqustun 20-də keçmiş “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “RV Investment Group Sevrvices LLS” arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızıl¬bulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Lakin Söyüd¬lü (Zod), Qızılbulaq və Vejnəli yataqları ermənilərin işğalı altında olduğuna görə, həmin yataqlar üzrə işlərin aparılması mümkün olmayıb”.

Millət vəkili bildirir ki, Ermənistanın genişmiqyaslı talan əməliyyatına qoşulan Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisindəki yataqların istisma¬rına cəlb edilib: “Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir. V.Sirmakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Sirmakes “Arm¬SwissBank” bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 is¬tehsalat müəssisəsinə sahib¬dir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu “Franck Muller” şirkəti dünya¬da yeganə nümayəndəliyini də məhz Ermənistanda açıb. Keçmiş prezident Serj Sarkisyanın fərmanı ilə Ermənistanın Fransadakı baş konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” orde¬ni ilə təltif edilib”.

V.Bayramovun sözlərinə görə, yataqların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yarat¬maq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak edib: “Bu sıraya R.Köçəryan-S.Sarkisyan cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir N.Paşinyan da daxildirlər.
V.Sirmakesin Kəlbəcərin “Sö¬yüdlü” və Zəngilanın “Vejneli” ya¬taqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Sirmarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır.

2001-ci ildə “Franck Muller”in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi bildirmişdi ki, burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacaq.

İsveçrəli biznesmen Ermənistanda qiymətli materialların emalı zavodunun inşasına hazırlaş¬dığı barədə də məlumatlar vardır. O, zavodun tikilməsi planını 6 il əvvəl – 2014-cü ildə açıqlayıb və Ermənistan Mərkəzi Bankı ilə mü¬vafiq memorandum da imzalayıb. Hasil edilən qızılı dünya bazarına çıxarmaq məqsədilə 2020-ci ildə Ermənistanda affinaj (qızıl emalı) zavodunun açılması nəzərdə tutu¬lur. Əsas investor Vartan Sirmakesdir.
Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ix¬rac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir – ixracda bu ölkənin payı 17,4 faiz (457 milyon dollar) həcmində olub.

Azərbaycan ərazisində hasil olunan qızıl resursları Ermənistana gətirilir, burada müəyyən saflaşdır¬ma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarı¬laraq, orada satışı həyata keçirilir.
Beş il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarından aydın görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də qızıl yataqlarının qeyri-qanuni istismarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Konfede-rasiyası Baş Prokurorluğuna da təqdim olunub.

Azərbaycan Prezidentinin tapşırığına əsasən, işğal olun¬muş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi apa¬rılacaq. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vur¬duğu zərərlər qiymətləndiriləcək, düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinin məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək”.

Qeyd edək ki, Baş Prokurorluğun İstintaq İdarəsində Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməniəsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə 2015 və 2018-ci illərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.
İstintaq zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrədə rəsmi qeydiyyatdan keçmiş "Vallex Group” şirkətlər qrupunun filialı olan "Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib. Qeyd edilən cinayət faktları ilə əlaqədar "Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə vətəndaşı V.Sirmakes və rəhbəri Valeri Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan "Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə, istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə Vejnəli kəndində yerləşən, uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə, hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

Həmçinin cinayət işi üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrənin səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub. Baş Prokurorluq bəyan edir ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədi ilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün olan tədbirlərin görülməsi təmin ediləcək.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin verdiyi məlumata görə, ərazisi zəngin yeraltı təbii mineral xammal ehtiyatlarına malik olan Azərbaycandakı yataqların böyük hissəsi ölkəmizin Uralı sayılan Kiçik Qafqaz filiz zonasında yerləşib. 1993-cü ildə Ermənistan Ordusu tərəfindən işğal edilmiş regionumuzda təsdiq edilmiş ehtiyatlara malik filiz, qeyti-filiz, tikinti materialları, yeraltı içməli və termal-mineral su olmaqla, 167 yataq mövcud olub. Bu yataqlardan 40-ı Laçın, 34-ü Kəlbəcər, 8-i Şuşa, 4-ü Xocalı, 2-si Xocəvənd, 15-i Ağdam, 6-sı Füzuli, 11-i Tərtər, 11-i Zəngilan, 26-sı isə Cəbrayıl rayonları ərazisində yerləşir: "Ölkəmizin ən iri qızıl, gümüş və mis yataqları bu bölgələrdə kəşf edilib. Bu sırada Kəlbəcər rayonunda yerləşən Söyüdlü (ehtiyatı, qızıl -112.5 ton, gümüş-190.3 ton, selen-249 ton, tellur-45.8 ton), Qızılbulaq (ehtiyatı, qızıl-17,5 ton, gümüş-18.9 ron, mis-47.9 min ton, kükürd-274.4 min ton), Ağduzdağ (ehtiyatı, qızıl-13,5 ton) və Zəngilan rayonunda yerləşən Veynəli yatağı (ehtiyatı, qızıl- 6.52 ton, gümüş-10.74 ton, mis -2942 min ton) xüsusilə qeyd edilə bilər. İşğal edilmiş bütün rayonlarımızda çöx böyük xammal resurslarına malik mişar daşı, tikinti daşı, gil, əhən, daş kömür, üzlük və əlvan daşı və digər faydalı qazıntılar mövcuddur".

Xidmət rəisi bldirib ki, ən qısa zamanda erməni işğalçılarının vurduğu ziyanın hesablanmasına başlanılacaq.
Onu da bildirək ki, Azərbaycan dövləti işğal nəticəsində dəyən zərərin ödənməsi məqsədilə Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmağa hazırlaşır. Bu barədə BBC müxbirinə müsahibəsində Prezident İlham Əliyev də məlumat verib: “Biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünki bütün məscidlər, bütün muzeylər dağıdılıb. Bu, birincisi. Bundan sonra, əlbəttə ki, məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq”.


Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 2 881          Tarix: 9-11-2020, 18:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma