Xəbər lenti

“Təbii qaz qovşağı işə düşdükdən sonra İraq və Türkmənistan “mavi yanacağı”nı TANAP vasitəsilə Avropaya idxal etmək imkanımız olacaq”.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.

“Hətta bəzi avropalı və amerikalı həmkarlarıma təklif etdim ki, müəyyən məqamda İrandan təbii qaz nəqlini bu enerji xəritəsinə daxil edək. Bilirəm ki, bu, çox radikal səslənə bilər, amma niyə də yox?! Vəziyyət dəyişsə də, enerjiyə tələbat qalır”, - o vurğulayıb.

İ.Kalın əlavə edib ki, Türkiyə ABŞ və Avropa İttifaqına təbii qaz qovşağı işə düşdükdən sonra İraq və İrandan Avropaya bu enerji resursunun nəqli imkanlarını nəzərdən keçirməyi təklif edib.




Ana səhifəyə qayıt        Baxış: 2 996          Tarix: 14-01-2023, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma