İraq İrana olan borcunu dollar əvəzinə dinarla ödəyib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, ötən ilin noyabr ayından neft satışından əldə olunan İraq pullarını saxlayan və tələb əsasında Bağdada çatdıran ABŞ Federal Ehtiyat Sistemi İranın bu dollarlara çıxışının qarşısını almaq və çirkli pulların yuyulması və mübarizə məqsədi ilə məhdudiyyətlər qoyub.
İraq son 20 il ərzində İran mallarının, xüsusən də qaz, elektrik enerjisi, qida və tikinti materiallarının ən böyük idxalçılarından biri olub. İki ölkə arasında rəsmi ticarət dövriyyəsi 14 milyard dollara yaxındır.
2018-ci ildə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara görə Bağdad 2019-2021-ci illərdə İrana ödəniş etməkdə çətinlik çəkib. Bəzən İran bu borcları ödəmək üçün İraqa təzyiq etmək məqsədilə yayın ortasında elektrik enerjisini və qazı kəsir.
Bağdadın 2019-2021-ci illər arasında təkcə İrandan qaz və enerji almasına görə 1,6 milyard dollardan çox borcu var.
Mənbələr bildirirlər ki, bu borcun böyük hissəsi və ya hamısı ödənilib, sonuncu ödəniş isə 2022-ci ilin oktyabrında olacaq.
Paylaş: