Xəbər lenti

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydeni Birləşmiş Ştatların tarixində ən pis prezident hesab etdiyini bildirib.

“O, (Bayden) ölkəmizin tarixində ən pis prezidentdir. O, korrupsionerdir, o qədər korrupsionerdir ki, mən Hillari Klintonu vicdansız adlandırmaqdan belə əl çəkdim və bu sözü Coya yaraşdırdım”, - deyə Tramp bildirib.

Bu sözləri Tramp “X” sosial şəbəkəsində yayımlanan jurnalist Taker Karlsonla müsahibəsində deyib.

Tramp iddia edib ki, Çin Baydenə milyonlarla dollar ödəyir.

“Mən hesab edirəm ki, o, bizim tariximizdə ən korrupsiyalaşmış prezidentdir. Və o, həm də ən bacarıqsız olması ilə seçilir”, - deyə əlavə edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 922          Tarix: 24-08-2023, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma