“Standard & Poors” (S&P) Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli, xarici və milli valyutada suveren kredit reytinqini təsdiq edib.
"Report” xəbər verir ki, agentlik ölkənin reytinqini dəyişməyərək “BB+/B” səviyyəsində saxlayıb.
Reytinq üzrə proqnoz isə bir daha "mənfi" olaraq müəyyən edilib.
Bununla bağlı Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, reytinqin sabit saxlanılmasına əsas səbəb kimi Azərbaycanın möhkəm fiskal mövqeyi, xüsusilə Azərbaycan Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının mövcudluğu göstərilir. Agentlik hesab edir ki, tədiyə balansına olan təzyiqlər aradan qalxarsa, ölkədə iqtisadi artım olarsa və bank sistemində vəziyyət sabitləşərsə, reytinq üzrə proqnoz "mənfi"dən "müsbət"ə dəyişə bilər.
Paylaş: