Xəbər lenti

Türkiyənin “BOTAŞ” dövlət neft-qaz şirkəti sosial şəbəkələrdə ölkənin Rusiyaya 27,5 milyard dollarlıq qaz borcu olması və onun restrukturizasiyası ətrafında danışıqlar aparması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bu barədə şirkətin “X” sosial şəbəkə hesabında yayılan açıqlamada deyilir.

Bildirilir ki, son günlər bəzi KİV və sosial şəbəkələrdə Türkiyənin Rusiyaya qaz borcunun 27,5 milyard dollara çatması və bu borcun restrukturizasiyası üçün danışıqların getdiyi ilə bağlı əsassız iddialar irəli sürülüb.

“İctimaiyyət şirkətə milli və beynəlxalq arenada ziyan vurmaq, eləcə də onun brend kimi dəyərini azaltmaq üçün qəsdən yayılan bu cür xəbərlərə və ittihamlara inanmamalıdır”, - açıqlamada vurğulanır.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 346          Tarix: 15-10-2023, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma