Xəbər lenti

2017-ci ilin birinci yarısında Cənubi QafqazBoru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca davam edib və ümumilikdə bu işlərin – tikinti və istismar sınaqları daxil olmaqla 96%-i artıq tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətindən bildirilib.

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib. Təqribən 370 km uzunluğunda borular artıq qaynaq edilib və 263 km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi qazma işinin hamısı tamamlanıb - beşinci üfüqi qazma bu ilin aprel ayında başa çatıb.

Qeyd olunub ki, Gürcüstan ərazisində kəmər xəttinin inşası üzrə tikinti işləri artıq bitib. “Burada 62 km uzunluğunda borular qaynaq edilib, örtüklənib, xəndəyə endirilib və üstü örtülüb.

Həm Azərbaycanda, həm də Gürcüstanda boru kəmərinin hidro-sınaqları aparılır. Azərbaycanda 5, Gürcüstanda isə 11 hidro-sınaq bölməsində işlər bitib.

Gürcüstanda hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edir. 1-ci kompressor stansiyasında işlər təqribən 99%, 2-cidə isə 82% tamamlanıb. Hər iki kompressor stansiyası 2018-ci ildə istismara verilmək planına uyğun irəliləyir. Nəzarət-ölçü stansiyasında (81-ci sahə) isə işlər 98% tamamlanıb və bu stansiyanın 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.

 




Ana səhifəyə qayıt        Baxış: 828          Tarix: 17-08-2017, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma