Xəbər lenti

 

Ucarda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Bakı-Qazax yolunda Qazax istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yolu keçmək istəyən rayonun Qarabörk kənd sakini, 1974-ci il təvəllüdlü Bəxtiyar Lətif oğlu Məhərrəmovu vurub. Yaralı müxtəlif  xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ucar rayonunda travmatologiya  şöbəsi olmadığı üçün B. Məhərrəmov Göyçay Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Faktla bağlı  araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 1 114          Tarix: 2-11-2017, 23:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma