Xəbər lenti

 

Azərbaycan kadr və struktur islahatlarına hazırlaşarkən, ermənilər bu sahədə bizi geridə qoyacağa bənzəyir.

Hər halda Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərindən belə çıxır.

Ovqat.com “Report”-a istinadən xəbər verir ki, erməni Baş naziri hökumətdə nazirliklərin sayını azaldacağını bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin tam işləməsi üçün qısa zamanda hökumətin üçdə ikisi formalaşdırılacaq. Qalan nazirlər isə yeni hökumətin strukturu dəqiqləşəndən sonra təyin ediləcək.

Ermənistan hökumətində nazirliklərin sayının 17-dən 12-yə endiriləcəyi gözlənilir.

Qeyd edək ki, Nikol Paşinyan Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən yanvarın 14-də baş nazir təyin edilib. O, büdcə vəsaitlərinə qənaət etmək üçün təkidlə nazirliklərin azalmasını istəyir.




Ana səhifəyə qayıt        Baxış: 639          Tarix: 17-01-2019, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma