Xəbər lenti

 

Sumqayıt şəhərində “Nur” şadlıq sarayında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Report Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.

***21:47

Sumqayıtda güclü yanğın başlayıb.

“Report”un Sumqayıt Abşeron bürosunun məlumatına görə, hazırda "Nur" şadlıq evi yanır.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Video: Orxan Rasifoğlu




Ana səhifəyə qayıt        Baxış: 456          Tarix: 25-08-2019, 04:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma