Xəbər lenti

 

Ayətullah Sistaninin koronavirusla bağlı 5 maddəlik tövsiyəsi yayımlanıb.

Eastnews.org-un verdiyi xəbərə görə, koronavirus səbəbilə İran İslam Respublikasında ölümlərin baş verməsindən sonra İraqda yaşayan İslam dünyasının nüfuzlu din xadimi Ayətullah Seyid Əli Sistaninin də ofisi faktlara münasibət bildirib.   Bununla bağlı Ayətullah Seyid Əli Sistaninin ofisi 5 maddəlik tövsiyə də yayımlayıb:    "Rəhman və Rəhim olan Allahın adı ilə   Uca Allah hikmətli kitabında belə buyurur: "Mütləq sizi bir az qorxu, aclıq, mal, can və digər şeylərdən azaltmaqla imtahan edərik"   Dünyanın koronavirusla mübarizə apardığı və xüsusilə İran İslam Respublikasında bu xəstəliyə yoluxmuş mömin və möminələr olduğu reallığını nəzərə alaraq möminlərdən bunları yerinə yetirmələrini tövsiyə edirik:  

  1. Səbirli olsunlar və Səhiyyə Nazirliyinin rəsmilərinin həyata keçirdiyi tədbirlərə əməl etsinlər.
  2. Heç şübhəsiz belə çətin vəziyyətlərdə Allaha sığınmaq və Allahın məsum qərar verdiyi Əhlibeytə təvəssül etmək qurtuluş üçün ən önəmli yollardandır.
  3. Bu xəstəliyə düçar olmuşları müalicə etmək və onların xidmətlərində olan şəxsi istənilən şəkildə Allahı razı salar. Dolayısıyla möminlər İmam (ə) büdcəsinin yarısını bu yolda istifadə edə bilərlər.
  4. Bu virusla mübarizə aparan həkimlər, tibb işçiləri və bu istiqamətdə iş aparan digər şəxslərə təşəkkür edirik. Uca Allahdan onlar üçün gümrah səhət və uğurlar arzulayırıq.
  5. Səbirli və təmkinli olunmasının zəruri olduğunu bildirərək uca Allahdan xəstələr üçün şəfa, ölənlər üçün rəhmət və bağışlanmalarını istəyirik. Allahım bu problemdən və çətinlikdən ümməti xilas et!".



Ana səhifəyə qayıt        Baxış: 3 102          Tarix: 5-03-2020, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma