Xəbər lenti

  

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi: “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü kimi İran, İslam və Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur və Vətənə qayıdış günüdür.”

Ovqat.com-a İranın “Qafqaz Həqiqətləri” saytından göndərilən xəbərə görə, Ayətullah Seyid Həsən Amili dünən Ərdəbilin Xətai Qalereyasında Dünya Müsəlman Azəriləri Günü münasibətilə keçirilən mərasimdə belə deyib:

Amilinin fikrincə, “19 Yanvar Azərbaycan Respublikası zəkalı müsəlmanlarının 70 illik kommunist dövləti sindromunu qırması, İslam və İrana sevgi nümayiş etdirməsi günüdür və bu dəyərli hərəkat qorunmalıdır: “Sabiq sovet hökuməti o vaxt anti-din və anti-İran siyasəti istiqamətində geniş təbliğat həyata keçirmişdi. Lakin azəri müsəlmanlar yüksək bəsirət və müdrikliklə Əhli-beytə (ə), İslama və öz həqiqi kimliklərinə sevgi bəslədiklərini, öz tarixi vətənlərini unutmadıqlarını göstərdilər.”

Möhtəşəm mərasimin davamında Ərdəbilin tanınmış şairləri Əli ibn Əbu Talibin (ə) vəsfində şerlər oxuyaraq iştirakçıları vəcdə gətiriblər.

Daha sonra Ağa Kazim Məhəlləsi Musiqi qrupu azəri “Ey İran” musiqisini icra edib və iştirakçılar tərəfindən alqışlanıb.

  

Ərdəbilin Xətai salonunda “Dünya Müsəlman Azəriləri Günü” münasibətilə keçirilən mərasimdə çıxış edən səfəvişünas Tohid Dilavər Qivam da ayətullah Amilinin fikrinin dəstəkləyərək deyib: “19 yanvar səhv inanclar sərhədinin sındığı gündür və o gün Azərbaycan Respublikası xalqı öz şiəlik, həmrəylik və vəhdət inanclarına sevgilərini təsdiq etdi. Bir çoxları Azərbaycanın müsəlman millətini öz kimliyindən uzaqlaşdırmaq üçün onları öz haqq zatından və inanclarından ayırmağa səy etdi, lakin həmin gün göstərdi ki, bu xalq həmişə öz tarixinə təkid edir və tövhid yolunda addımlayır. Çünki bu yolda çoxlu qanlar vermiş, alimlər yetişdirmiş, mədəniyyət sahələrində iftixarlar qazanmışdır.”

Tədqiqatçı çıxışının digər hissəsində deyib: “Biz 19 Yanvarı hər il iftixarla uca tutmalıyıq. Çünki həmin gün sərhədin o tayında olan soydaşlarımız çirkinliklər bəndlərini sındıraraq İran İslam Respublikası və Ərdəbilə axışdılar, birliyin diri olmasına və Əlisayağı həyatın iftixar olmasına təkid etdilər. Onlar sübuta yetirdilər ki, bir təfəkkür dünyanı xilas edə bilər və o da və o da İslam və ələvi təfəkkürdür.”

Dilavər Qivam vurğulayıb ki, 19 yanvarın “Dünya Müsəlman Azəriləri Günü” adlanması Ayətullah Amilinin təşəbbüsüdür və bu gün İranın müxtəlif şəhərlərində və dünyanın digər İslam ölkələrində bu günün uca tutulmasının şahidiyik”.




Ana səhifəyə qayıt        Baxış: 803          Tarix: 28-01-2020, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma