Xəbər lenti


AzTV Nazirlər Kabinetinin Operativ Qərargahının xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozub.

Ovqat.com news24.az-a istinadla xəbər verir ki, kollektiv bir neçə gün öncə, təxminn 6 may tarixində karantin dövründə müvəqqəti fəaliyyəti dayandırılan Musiqili Teatrın binasını açdıraraq, 80 nəfərdən ibarət çəkiliş ediblər. Çəkiliş zamanı xüsusi karantin rejiminin qaydalarına əsasən ara məsafəsi saxlanılmayıb və üz maskalarından istifadə edilməyib. Çəkilişdə Simfonik Orkestr və Xor kollektivi, o cümlədən bir neçə ifaçılar da iştirak edib. Həmçinin kanalın aparıcısı Kamran Ağabalayev də çəkilişdə olub.

Məsələ ilə bağlı Azərbaycan Televiziyasının Musiqi kollektivinin rəhbəri, əməkdar artist Zaur Əmiraslanov çəkilişin karantin qaydalarının tətbiq edilməsindən öncə baş tutduğunu bildirib. Lakin xatırladaq ki, xalq artisti Faiq Ağayev təxminən 5 gün öncə sahib olduğu yeni saç tərzi ilə sözügedən proqramda çıxış edib. Həmçinin xalq artisti Tünzalə Ağayevanın da yeni imici də məhz karantin zamanına təsadüf edir.





Ana səhifəyə qayıt        Baxış: 2 657          Tarix: 10-05-2020, 12:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma