ABŞ prezidenti Donald Tramp öz vergi bəyannaməsini açıqlayıb.
Ovqat.com xəbər verir ki, sən demə, Trampın cəmi-cümlətanı 1.4 milyard dollarlıq mülkiyyəti varmış. Onun 590 milyonunu isə 2016-cı ilin yanvarından bu ilin aprelinə qədər qazanıbmış.
Əmlak zəngini olan Tramp gəlirinin yarısından çoxunu isə golf təsislərindən əldə edibmiş. Bunlardan ən çox pul gətirəni Floridadakı "Mar-a-Lago" adlı klub olub
Trampın prezident seçilməsi iş fəaliyyəti üçün ən gözəl reklama çevrildiyindən, "Mar-a-Lago”nun da işinə yarayıb. O, həmin kürsüyə əyləşdikdən sonra klub gəlirlərini 100 min dollardan 200 min dollara çıxarıb.
Bizim bəzi məmurlardan xeyli kasıb olan ABŞ-ın indiyə qədərki ən varlı prezidentinin borcları da az deyilmiş. Özünün etirafına görə, şirkətlərinin ən azı 315 milyon dollar borcu var imiş. Buna baxmayaraq, o, 8 ay yeyib-içməsə, mülkiyyətinə toxunmadan borcunu aylıq qazancı ilə rahat ödəyə bilər. Çünki Tramp ayda 37.2 milyon dollar qazanırmış.
Paylaş: