Xəbər lenti


Yerevanda yeni metro stansiyasının açılması mümkünsüzdür.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu “Pariz-est” Universitetinin şəhərsalma üzrə doktoru Mariam Xaçatryan sentyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var: 

“İlk növbədə, yeni stansiyanın tikintisinin büdcəsi 120 mln. dollar olacaq. Bu, özəl şirkətlər üçün sərfəli deyil. Ermənistanın çoxlu sosial və başqa problemləri var. Bu isə yeni metro stansiyasının tikintisinə sərmayə qoyulmasına imkan vermir”.

Xatırladaq ki, 2020-ci ilin yazında “Açapnyak” stansiyasının tikiləcəyi ehtimal edilirdi.

Qeyd edək ki, Karen Dəmirçiyan adına Yerevan metropoliteni 1981-ci ildə yaradılıb.

Hazırda Yerevanda 10 metro stansiyası fəaliyyət göstərir. Onun ümumi uzunluğu 13,4 km-dir.



Ana səhifəyə qayıt        Baxış: 2 481          Tarix: 1-09-2020, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma