Xəbər lenti


Fərəc Quliyevin partiya sədri kimi media üzərindən fəaliyyəti və toxunduğu məsələlər- 6 aylıq hesabat.

Vətənimizin eyni vaxtda bir çox çətinliklərlə üzləşdiyi dövrə qədəm qoyduq. Müharibənin yaratdığı sıxıntılar, neftin qiymətinin ucuzlaşması, pandemiya və s. problemlər yeni çağırışlar yaratdı. Hamı vətən naminə fədakarlıq etməli idi. Şərtlər şəxsi və qrup maraqlarını düşünmədən milli maraqlara qurban verməyi, hər kəsin əlini daşın altına qoymağı tələb edirdi. İctimai rəy liderləri cəmiyyətə bu gerçəyi daim çatdırmalı, inandırmalı, səfərbər etməli idi.

Fərəc Quliyev mətbuat üzərindən işini bu konteksdə qurdu.

-1.Fərəc Quliyev 10 mart 2020-ci il tarixdə ölkə ziyalılarına müraciət etdi.(Mart ayının 8-də feministlərin aksiyası kimi tanınan hadisəyə münasibət).
Bu məsələyə susqunluğun fəsadları ola biləcəyini bildirdi. Bu kontingentə belə ərköyünlük tanımaq 15 iyulda məlum Milli Məclis olaylarında özünü artıq fərqli müstəvidə daha təhlükəli formada göstərdi. Çox təəssüf ki, nadir istisnalarla “ziyalılar”, deputat və məmurlar, partiya liderləri özünü “pis adam” etməmək yolunu seçərək 8 mart hadisələrinə “müdrikcəsinə" susdu.

http://davam.az/64616-frc-quliyevin-lk-ziyallarna-mraciti.html?fbclid=IwAR12Nulql7jPEpXPUJaONehtA2msUulULMEvOvRjArAaR%208s46EdS7gvqtWA

-2.Fərəc Quliyevin pandemiya və post pandemiya dövrü üçün ərzaq təhlükəszliyi ilə bağlı müraciəti oldu.
Pandemiyanın ilk mərhəlsindəcə 25 mart 2020-ci il tarixdə əksəriyyət sürpriz təhdidlə çaşqınlıqla qarşılaşanda, yenə də Fərəc Quliyevin çox vaxtında, soyuqqqanlı şəkildə o andan vaxt itirmədən post pandemiya dövrü üçün tədbirlər təklifi ilə əhatəli bir müraciəti oldu.

https://www.youtube.com/watch?v=prtqSEcqRYo

-3. Fərəc Quliyevin pandemiya dövrü üçün partiya üzvlərinə müraciəti.
İctimai rəy liderləri çətin zamanlarda cəmiyyətin yönəldilməsində iştirakçılıqla fərqlənirlər. Dərhal qurucu lideri olduğu Partiya (MDH) üzvlərinə 21 mart 2020-ci il tarixində təlimat xarakterli növbəti müraciət edərək təhdidləri önləmək, xalqı maaarifləndirmək və bu işlə məşğul olan müvafiq rəsmi strukturlara bütün köməklikləri göstərməyi özündə ehtiva edən bu müraciət də son dərəcə önəmli oldu.

https://www.youtube.com/watch?v=5hQZAI2k-jw&t=3s

-4. Fərəc Quliyevin başqa bir müraciəti xaricdə yaşayan soydaşlarımıza və mütəxəssislərimizə oldu. (pandemiya dövrü üçün)
Fərəc Quliyev cəmiyyətin nəyə ehtiyacının olduğunu, hansı resurslardan və necə istifadə etməyi, milli birliklə, birlikdə bu pandemiya və pandemiya sonrası gözlənilən çətinlikləri necə qarşılamalı, dəf etməli, necə davranmalı suallarını cavablandıran növbəti müraciətini 2 aprel 2020-ci il tarixində etdi.

https://www.youtube.com/watch?v=-hOxWkRUkvE&feature=youtu.be&fbclid=IwAR0mTzo9UXkMAkpjmTVcvmPj4wI5oppmDVADvjrVWNUGKRN6dBOieOeiT3g

-5. Fərəc Quliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinə və ABŞ konqresinə, bir qrup Amerikalı konqresmenlərinin “DQR”-in yeni “seçilmiş prezidenti” Arayik Harutyunyana təbrik məktubu göndərmələri ilə bağlı müraciət ünvanladı.

Bir qrup Amerikalı konqresmenlərinin Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan “DQR”-in yeni “seçilmiş prezidenti” Arayik Harutyunyana təbrik məktubu göndərmələrinə bütün ictimai, siyasi təşkilatlar, QHT-lər, deputatlar münasibət bildirməli, etiraz göndərməli idilər. Göndərilmədi... Fərəc Quliyev Amerikalı konqresmenlərə 21 aprel 2020 –ci il tarixində olduqca tutarlı cavab yazaraq etirazını əsaslı şəkildə bildirdi.

http://davam.az/66106-mdhp-sdristiqlal-deputat-frc-quliyevdn-amerika-birlmi-tatlarnn-azrbaycan-respublikasndak-sfirliyinin-diqqtin.html

-6. Fərəc Quliyev Aİ nümayəndələrinə 29 iyun 2020-ci il tarixində Dağlıq Qarabağla bağlı müraciət göndərdi.
İşğalçı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə yol çəkərək ilhaqı uzatmaq cəhdlərini qınayan Avropa İttifaqı nümayəndələrinə ədalətli mövqelərinə görə təşəkkür göndərərək Azərbaycanın ədalətli mövqe tutan hər kəsi, təşkilatı təqdir etdiyini və dost əli uzatmaqda, əməkdaşlıqda maraqlı olduğunu sərgilədi. F.Quliyevin bu müraciəti onu təsdiq etdi ki, Azərbaycana qarşı qərəzli olan Aİ üzvlərinə cəmiyyət tərəfindən neqativ münasibət, bu quruma deyil, buradakı ədalətsiz və qərəzli üzvlərədir. Süni şəkildə Aİ ilə Azərbaycan arasında soyuqluq yaradanlara bu jest ən tutarlı cavab oldu.

http://mdhp.az/index.php?newsid=1946&fbclid=IwAR0zNraysWT8quvgL89_ct8Og5kbGG7E0l3q-g9HJpT1uMaXKMDkGXltWGo

- 7. Fərəc Quliyev 20 iyul 2020-ci il tarixində Tovuz hadisələri zamanı Ermənistanın Metsamor AES-lə bağlı hay-küyünə cavab verdi.
F.Quliyev Moldovada “Avronest” sessiyasında öz məruzəsində Metsamor AES təhlükəsi ilə bağlı Azərbaycanın narahatlıq və xəbərdarlğını bildirmişdi. Bu məruzədəki müddəaların ölkəmizin dəyişməz mövqeyi olduğunu bir daha aşağıdakı beynəlxalq ünvanlara göndərərək Ermənistanı ifşa etdi:

-Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ;

- Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes ;

- ATƏT-in Fəaliyyətdə olan Sədri Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə Naziri cənab Miroslav Layçak ;

-BMT-nin Azərbaycandakı nümayəndəliyi rəhbəri BMT-nin Rezident Əlaqələndiricisi Qulam İshaqzai;

-ATƏT Minsk qrupu üzvləri: ABŞ, Fransa, Rusiyanın Azərbaycandakı səfirlərinə;

-Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunmasına üzrə Müqavilə Təşkilatına (CBCTO);

-Kimyəvi Silahların Qadağan olunması Təşkilatına (OPCW);

-Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Təşkilatına;
-BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Təşkilatına.

http://mdhp.az/index.php?newsid=1971

Dövlət maraqlarına olan bütün xarici təhdilərə dərhal açıq şəkildə qarşı qoyulan məqalə, münasibət, bəyanat və müsahibə, çağırışlar etdi. Kənardan idarə olunan daxili maşa qüvvələrin hərəkətləri ictimayətə çılpaqlığı ilə çatdırıldı və bütün bağlantıları ifşa olundu.

Bu məqalə, müsahibələrin bir qismini adla təqdim edirik:

- Fərəc Quliyev: Dövlətimizə qarşı oyunları pozmaq üçün BİZ olmağı bacarmalıyıq ;

- Fərəc Quliyevin Respublika günü münasibətilə təbriki və açıqlamaları;

- Fərəc Quliyev Ramil Səfərovla bağlı məsələlərə münasibəti;

- Növbəti hərbi təlimlər işğal olunmuş ərazilərdə keçirilməlidir;

- Azərbaycanafobiya qüvvələrinin açıq və gizli narahatlıqlarının səbəbləri;

- Azərbaycan dövlətini yıpratmaq məqsədilə siyasi palitradakı qüvvələrin dialoqunu pozma cəhdləri;

- Fərəc Quliyev tibb işçilərini təbrik edib - xüsusi şücaət göstərənlərə milli qəhrəman adı verilsin;

- Bugünkü AXCP-nin Azərbaycan Xalq Cəbhəsi Hərəkatına heç bir aidiyyatı yoxdur;

- İfşa olunmuş “maşa”ları tarixin zibil qutusuna ataq! (Tovuz hadisələrində dövlətə qarşı təxribat törədənlərə);

- Bu milli həyəcan qorunub saxlanmalı və zamanı itirmədən faydalı işə çevrilməlidir (Tovuz hadisələri ilə bağlı);

- Fərəc Quliyevin Ortaq Turan Ordusu yaransın təklifi bütün Türkiyə mətbuatında;

- Fərəc Quliyevin rus hərb gəmilərinin qarşılanma törəninə münasibəti;

- Fərəc Quliyev: Əslində dövlət ərkanı baxımından görülən tədbirlər çox əhəmiyyətlidir (pandemiya dövründə qaydaları pozan məmurların hərəkətinə münasibət);

- Fərəc Quliyev: Yeni dönəmə cəmiyyət –hər kəs özünü yeniləməklə başlamalıdır;

- Fərəc Quliyev: Düşmən torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır;

-“Parçalanmadan-bütövləşməyə” devizi ilə dövlət immunitetimizi qura bilərik;

- Fərəc Quliyev: “Gələcək perspektivdə ölkəmizin tamamilə Türkiyə və NATO silahları ilə təchizatının tərəfdarıyam”;

- Fərəc Quliyev: Biz düşüncəmizin hakimiyyətə gəlməsində maraqlıyıq. Kimin masada oturması mühüm deyil;

- Fərəc Quliyev: Ölkəmiz bəşəriyyətin təhlükəsizliyində maraqlıdır;

- Fərəc Quliyev: “MQ qısa zamanda əməli bir iş görməyəcəksə, kənara çəkilməlidir”;

- Fərəc Quliyev: Elə bu il Şuşada “İlin Xalqı” fəxri adının verilməsi törəni keçirilə bilər.

Ümumiyyətlə F.Quliyev bütün milli problemlər, onların təhlili və həllinə çağırışla bağlı son yarım ildə qəzet və internet portalında 655, internet televiziyalarında 26 müsahibə, çıxış, məqalə, çağırış, bəyanat formasında media fəaliyyəti qurdu.

PS: Deputat olduğu vaxt eyni dövr ərzində (ilk 6 ayda ) 24 məhəllə görüşü keçirmiş, Milli Məclisdə 9 çıxış etmiş, 22 təklif vermişdi.

Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidməti
davam.az



Ana səhifəyə qayıt        Baxış: 3 202          Tarix: 3-09-2020, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma