Xəbər lenti
 


Bu gün Belarusda "Slavyan qardaşlığı-2020" hərbi təlimləri başlayır.
 
Ovqat.com xəbər verir ki, yalnız Rusiya və Belarus hərbi qulluqçularının iştirak edəcəyi təlimlər sentyabrın 25-nə qədər davam edəcək.
 
Rusiya Müdafiə Nazirliyi bildirib ki, təlimə ordunun Pskov desantları göndərilib. Təlimlər Brest poliqonunda keçirilir.
 
Saytımızın daha əvvəl də qeyd etdiyi kimi, “Slavyan qardaşlığı – 2020” təlimlərinin senyabrın 10-da Rusiya, Belarus və Serbiyanın iştirakı ilə keçirilməsi gözlənilirdi. Tədbirə bir gün qalmış Serbiya Müdafiə naziri Qərb ölkələrinin təzyiqinə məruz qaldığını əsas gətirib təlimdə iştirakdan boyun qaçırmış və “slavyan qardaşlığına” bağlılıq iki dövlətin – Rusiya və Belarusun ixtiyarına qalmışdı. Nəticədə təlimlərin tarixi də dəyişilmiş, keçirilmə müddəti 5 gündən 10 günə yüksəldilmişdi. 
 
Bir çox Qərb analitikləri rus ordu hissələrinin Belarusa hərbi müdaxilə məqsədilə “Slavyan qardaşlığı-2020” təlimlərindən bəhanə kimi istifadə etdiyinə inanırlar. Onların fikrincə, Rusiya əsgərləri təlimlərdən sonra ölkələrinə qayıtmayacaq, Belarusda xalq hərəkatının yatırılmasında iştirak edəcəklər. Rus desantlarının digər missiyası isə gözlənilən xarici müdaxilədə Belarusu müdafiəsində yer almaqdır.
 
Təlimlərin keçirilmə müddətinin artırılması ilə yanaşı məkanın da Brestə salınması bu ehtimalı gücləndirir. Zira Polşa Brestin ona aid olduğu və 1795-ci ildə ruslar tərəfindən işğal edildiyi iddiasındadır. I Dünya müharibəsində qısa müddət ərzində Polşanın əlinə keçən Brest II Dünya müharibəsində almanlarla ruslar arasında tez-tez əl dəyişdirmişdi. SSRİ-nin qalib gəlməsiylə yenidən ittifaqın tərkibinə qatılan Brest bu gün də Varşavanın göz dikdiyi ərazilərdəndir. Bu mənada təlimlərin Brestdə keçirilməsi həqiqətən də Rusiyanın həmin ərazidə qüvvələrini gücləndirmək istəyindən xəbər verir.
 
Brestin əhalisi də Rusiyanın tərkibində qalmaqdansa daha demokratik və Avropa İttifaqına üzv olan Polşaya meyllidirlər. Bu da Brest ətrafında mübahisələri artıran əsas faktorlardandir. Rəsmi Minsk və Moskva bu ərazidə yaşayan əhalinin Polşa tərəfindən “qızışdırıldığına” inanırlar.
 
Bütün bu mübahisələrin fonunda keçirilən “Slavyan qardaşlığı-2020” təlimlərinin Qərb dövlətləri tərəfindən birmənalı qarşılanmayacağını göstərir.


Ana səhifəyə qayıt        Baxış: 3 529          Tarix: 14-09-2020, 13:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma