Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
Sentyabrın sonuna yaxın Rusiya Belarusa hərbi müdaxilə edəcək. Moskvanın bəhanəsi isə hər il keçirilən Slavyan qardaşlığı-2020" hərbi təlimləri olacaq.
Ovqat.com xəbər verir ki, bu iddianı Kapital-rus.ru nəşri yayıb.
Məlumatda deyilir:
Rusiya Belarusiyada vətəndaşların qeyri-legitim prezident Aleksandr Lukaşenkoya qarşı kütləvi etirazları fonunda hərbi təlimlər keçirmək niyyətindədir. Prezident Vladimir Putin Qərbdən təhlükə yaranacağı təqdirdə, müttəfiqinə hərbi dəstək vəd edib. Putin sonradan açıqladığı kimi, o, Belorusiyada ekstremistlərə qarşı çıxmaq üçün "güc strukturlarının ehtiyat bazasını" formalaşdırıb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Ukraynadakı etiraz aksiyalarının ekstremistlər tərəfindən keçirilməsi fikriylə həmrəydir.
“Slavyan qardaşlığı”na dəstək
Sentyabrın sonuna yaxın Rusiya hərbçiləri Belarusa yola düşəcəklər. Onlar üçün rəsmi məqsəd "Slavyan qardaşlığı-2020" beynəlxalq təlimlərində iştirak etməkdir. Bu tədbirə hazırlıq Baş Qərargah rəisləri Valeri Gerasimov və Aleksandr Volfoviç tərəfindən müzakirə olunub. Öz növbəsində, Rusiya da "Qafqaz-2020" strateji komanda-qərargah təlimlərində Belarus hərbçilərini qəbul edəcək.
Təlimlərdə Serbiya hərbçiləri də iştirak edəcəklər. Tədbir Belarusun Silahlı Qüvvələrinin Brest şəhərində yerləşən 38-ci ayrıca qvardiya desant-hücum briqadasının poliqonunda keçiriləcək. "Slavyan qardaşlığı" hər il keçir. Ötən il bu tədbir iki həftə davam etdi. 50-dən çox texnika və hərbi nəqliyyat aviasiyasının beş təyyarəsinin qatıldığı təlimlər Serbiya ərazisində 600 Belarus, Rusiya və Serbiya hərbçisinin iştirakı ilə keçirildi.
Baş Qərargahlar səviyyəsində aparılan danışıqlardan əvvəl xarici işlər nazirləri Sergey Lavrovla Vladimir Makey arasında görüş keçirilib. Lavrov "Belarusu Rusiyadan ayırmağa" çalışan bütün qüvvələrə qəti cavab veriləcəyini vəd edib.
Lavrovun iddasına görə, Moskvanın əlində Volın və Dnepropetrovsk vilayətlərində ekstremistlər hazırlayan Ukraynanın sabitliyi pozduğuna dair təsdiqlənmiş məlumatlar var. Lavrov Ukraynadan Belarusiyaya müxtəlif qruplardan 200 yaraqlının göndərildiyini bəyan edib. “Onlar hər şeyi ekstremist təxribatlara çəkməyə, hüquq-mühafizə orqanlarını təhrik etməyə çalışırlar", - deyə Lavrov bildirib və bu cür cəhdlərin "qəti şəkildə qarşısının alınacağını” bildirib.
Moskva, həmçinin Belarusun müdafiə naziri general-mayor Viktor Xreninin sentyabrın 4-də baş tutacaq səfərini də gözləyir. O, MDB və KTMT dövlətlərinin müdafiə nazirlərinin toplantısında iştirak edəcək. Belarus Müdafiə Nazirliyi qeyd edir ki, Xreninin Moskvaya səfəri "beynəlxalq təşkilatlar çərçivəsində respublikanın üzərinə götürdüyü öhdəliklərə sadiqliyini" təsdiq edəcək.
Bundan əvvəl ABŞ Rusiyaya Belarusun daxili vəziyyətinə müdaxiləyə görə yeni sanksiyalar təhlükəsi barədə xəbərdarlıq edib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar