Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Azərbaycanda isə bir neçə gündən sonra 120 mindən çox şagird rusdilli məktəbə gedəcək
Serbiya hökuməti qarşıdakı yarım il ərzində bütün ölkələrlə birgə keçirilən hərbi təlimlərdə iştirakını dondurub.
Ovqat.com xəbər verir ki, Serbiyanın Müdafiə naziri Aleksandr Vulin bu məlumatı yayıb.
Vulin bu qərarı “Avropa İttifaqının dəhşətli və ədalətsiz təzyiqi altında" verdiklərini gizlətməyib.
"Heç bir məna kəsb etməyən və bizim qərarlarımıza və ya hərəkətlərimizə, hətta reallıqlara adekvat olmayan bu təzyiqlər böyük və güclü ölkələrin siyasi qərarlarını və fəaliyyət istiqamətlərini müəyyən edən isteriyanın nəticəsidir", - deyə o, bu baş-ayaq cümlələrlə Serbiya Müdafiə Nazirliyin son qərarını əsaslandırıb.
Volin Serbiyanın Avropa İttifaqı tərəfindən seçim qarşısında qoyulduğunu söyləyib. “Ya avropalı gələcəyimizdən imtina etməli və ölkəmizi daha çox təzyiqlərlə üz-üzə qoymalı, ya da sentyabr ayına planlaşdırılan Belarus ilə hərbi təlimlərdə iştirakdan vaz keçməliydik. Qarşıdakı dövrdə biz nə NATO, nə KTMT, nə Rusiya, nə ABŞ, nə ÇXR, nə Aİ, nə Şərq, nə Qərblə hər hansı bir təlim və ya hərbi fəallıqda iştirak etməyəcəyik", - nazir Serbiya Müdafiə Nazirliyinin Mətbuat xidməti tərəfindən yayılan açıqlamada belə deyib.
Aleksandar Vulin "Serbiya Xalq skupşinasının [parlament] qərarı ilə hərbi-bitərəf ölkə" olduqlarını da xatırladıb: "Hərbi-bitərəflik mövqeyini qorumaq, ölkəyə, onun siyasətinə və iqtisadiyyatına güclü hücumların qarşısını almaq və ya heç olmasa, azaltmaq üçün bu addımı atmağa məcburuq".
"Sülhməramlı əməliyyatlarda iştirakımız ayrıca müzakirə olunacaq və zəruri hallarda ləğv ediləcək. Bu, hərbi bitərəfliyi qoruyub saxlamaq üçün yeganə yoldur və sözügedən ağrılı qərar bizi yalnız özümüzə və öz gücümüzə arxalanmağa məcbur edir", — deyə Vulin bildirib və xəbərdarlıq edib ki, məlum qərar “Balkan Respublikası” ordusunun döyüş hazırlığına heç cür təsir göstərməyəcək.
Xatırladaq ki, Rusiyanın dominantlığı altında sentyabrın 10-dan 15-dək Belarusda "Slavyan qardaşlığı-2020" hərbi təlimlərinin keçirilməsi nəzərdə tutulur. Bu ənənəvi təlimlərdə Rusiya, Serbiya və Belarusdan olan hərbi qulluqçular iştirak edirlər. İlk dəfə bu tərkibdə hərbi təlimlər 2015-ci ildə Rusiyada keçirilib. Manevrlərin keçirildiyi ölkələr öz aralarında növbələşirlər, yəni təlimlər hər il həmin 3 iştirakçıdan birində keçirilir.
Belarusda bir ay əvvəl keçirilən prezident seçkilərinin saxtalaşdırılaraq, Lukaşenkonun 80% səslə yenidən prezident elan olunması növbəti təlimlərin keçirilməsi gözlənilən ölkədə böyük ictimai narazılığa yol açıb, yüzminlərlə insan ayağa qalxaraq 25 illik diktatorun istefa verib getməsini tələb edir. Lukaşenko hakimiyyətinin dinc nümayişçilərə divan tutması Avropa Birliyi tərəfindən ciddi qınaqla qarşılanmış, nəticədə etiraz nümayişləri daha da güclənmişdir.
Belarus və Rusiya bu etiraz aksiyalarını Qərbin təxribatı kimi qiymətləndirir və “işğalçılığa” qarşı sonuna qədər mübarizə aparacaqlarını bildirirlər. Lukaşenkonun dinc əhaliyə divan tutmaq üçün Putindən hərbi yardım istəməsi və Rusiya prezidentinin bu çağırışa müsbət cavab verməsi Avropa ilə Belarus arasında gərginliyi daha da qızışdırıb. Rusiyanın Belarusa hərbi müdaxiləsinin ən qalmaqalsız yolu isə hərbi təlimlər adı altında əsgərlərini qonşu ölkəyə göndərməkdir. Onsuz da sentyabrın 10-dan – 15-ə qədər Belarusda “Slavyan qardaşlığı-2020” hərbi təlimlərinin keçirilməsinin nəzərdə tutulması da Moskvaya bu fürsəti verir. Bu həm də Belarus xalqına deyiləcək “biz hərbi təlimlərə gəlmişik, sizinlə döyüşməyə yox” bəhanəsinə əsas yaradır.
Avropa İttifaqı isə 3 slavyan ölkəsinin 5 ildir mütəmadi keçirdiyi təlimlərin növbəti mərhələsini Rusiya və Serbiyanın Belarusa hərbi müdaxiləsi kimi qiymətləndirir, hər iki ölkəyə təzyiq göstərir. Rusiya, bu təzyiqlərdə itirəcəyi çox şey olmadığından, bir çox riskləri gözə ala bilir. Serbiya Müdafiə nazirinin etiraflarından isə belə çıxır ki, Belqradı ya təlimlərdə iştirak, ya Aİ-dən uzaqlaşmaq seçənəyi ilə qarşı-qarşıyadır. Belə görünür ki, o, “qarını “Slavyan qardaşlığı”ndan üstün tutaraq, Rusiya və Belarusla yollarını ayırmaq qərarına gəlib.
“Slavyan qardaşlığı”ndan uzaq Azərbaycanda isə rus nökəri “5-ci kolon”un təşviqilə hazırda 342 məktəbin 120 mindən çox şagirdi rus dilində təhsil almaq üçün növbəti tədris ilinə hazırlaşır. Səbəb isə çox sadədir: Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün təlimatlarına əsasən bütün iş yerlərində rusca məcburi dil kimi qəbul olunub və bu dili bilməyənlər acından ölümə məhkum ediliblər.
Qoca akademik PA-dan qovularaq, AMEA-na pənah aparsa da, onun əkdiyi ağacların acı meyvələri hələ də mədə bulandırır və rəsmi Bakı bu adamla bacara bilmirsə, heç olmasa rusdilli məktəblərin bağlanmasına qərar verməlidir. Zira o məktəblərdə təhsil alan gələcək nəsillərimiz sabah öz dilində bilmədiyindən valideynlərin qorxduqları başlarına gələ bilər.
Unudulmamalıdır ki, hər bir dövlətin öz dili var və təhsil də dövlət dilində olmalıdır. “5-ci kolon”un Moskvanın gözünə girmək üçün təhsil sistemimizə gətirdiyi bu “yeniliklər” Konstitusiyamıza ziddir və Azərbaycanın dövlətçilik ənənələrini tapdalamaq mənasına gəlir. Və əvvəl-axır bu axmaq siyasətdən vaz keçiləcək. Bu addımı nə qədər tez atsaq, daha çox övladımızı sabah işsiz qalmaqdan xilas edə bilərik.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar