Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
ABŞ ordusunun keçmiş əks-kəşfiyyatçı general-leytenantı və Rusiya üzrə ekspert Kit Dayton ABŞ-ın Ukraynadakı yeni səfiri təyin edilib.
Ovqat.com-un məlumatına görə, Kit Dayton ABŞ ordusunda 40 il xidmət edən peşəkar hərbçidir.
Bildirilir ki, o, rus dilini yaxşı bilir. SSRİ-nin öyrənilməsi İnstitutunda zabit kurslarını bitirib. Uzun müddət ABŞ-ın Moskvadakı səfirliyinin hərbi attaşesi işləyib. Sonra Pentaqonun kəşfiyyat idarəsində çalışıb. Səddam Hüseynin kimyəvi silahları haqqında iddiaların müəllifi və "İraqa azadlıq" əməliyyatının tərtibatçısı kimi tanınır. Səfirin son vəzifəsi ABŞ-ın Fələstin və İsrail arasında təhlükəsizlik məsələləri üzrə koordinatorluq olub.
Səfirin Ukraynada da iş təcrübəsi var. O, Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti ilə yaxından tanışdır. Danışıqlara və kompromislərə meylli olmayan sərt zabit kimi xarakterizə edilir.
Rusiyalı ekspertlər ABŞ-ın bu təyinatını Kiyevlə Moskva arasında yeni gərginlik yaratmaq cəhdi kimi qiymətləndirirlər. Ehtimallara görə, onun əsas vəzifəsi aşağıdakılardan ibarət olacaq:
*Donbass danışıqlarında Birləşmiş Ştatların rolunun gücləndirilməsi;
*ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsinin dirçəldilməsi;
*Çinin Ukraynada artan nüfuzunun qarşısının alınması;
*Rusiyaya qarşı hərbi təzyiqlərin gücləndirilməsi və s.
Kiyevin bu təyinatı böyük sevinclə qarşıladığı bildirilir. Ukrayna rəsmiləri ümid edirlər ki, bu təyinatdan sonra Birləşmiş Ştatların və Böyük Britaniyanın iştirakı ilə birgə hərbi təlimlərin sayı əhəmiyyətli dərəcədə artacaq, Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması davam edəcək, NATO ölkə ərazisindəki hərbi mövcudluğunu artıracaq.
Yeni səfirin Donbasdakı münaqişə ilə bağlı fikirləri də maraqlıdır: "ABŞ üçün dondurulmuş münaqişə kiminsə xeyrinə bitəcək sülhdən daha sərfəlidir. Rusiyanın ətrafındakı bu dumanlı qarşıdurmaların mümkün qədər artırılmasına ehtiyacımız var".
Ermənistanın Azərbaycana hücumu fonunda general-leytenant Kit Daytonun Ukraynaya səfir təyin edilməsi təsadüfə bənzəmir. Belə görünür ki, Rusiyaya qarşı ikinci cəbhə Ukraynadan açılacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar