Xəbər lenti

 

Bakı Metropoliteninin sabiq rəisi (1998-2014), Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov son günlər haqqında yayılan yazılara münasibət bildirməkdən imtina edib.

T.Əhmədov Ölkə.az-a açıqlamasında hazırda danışmaq imkanı olmadığını bildirib:

“Hazırda mən elmi müdafiədəyəm, vaxtım yoxdur!”.

Xatırladaq ki, Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deməklə yanaşı, buradakı Nəqliyyat fakültəsində “Nəqliyyat tikintisi və  Yol hərəkətinin təşkili” kafedrasının müdiridir.  

Onu da bildirək ki, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun bir neçə gün öncə cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Tağı Əhmədov da ifadə verib. 

Vasif Həsənli / Ölkə.Az/




Ana səhifəyə qayıt        Baxış: 1 227          Tarix: 24-06-2017, 17:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma