Xəbər lenti

 

ABŞ BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırıb.

Ovqat.com-un məlumatına görə, toplantıda Şimali Koreyanın son qitələrarası raket sınağı müzakirəsi ediləcək.

Vaşinqtonun bu qədər əl-ayağa düşməsinin isə çox mühüm bir səbəbi var. ABŞ rəsmilərinin və mütəxəssislərin mediaya sızdırdığı xəbərlərə əsasən, Şimali Koreyanın son qitələrarası raket sınağı ilk dəfə uğurlu alınıb.  Mütəxəssislər bu tipli raketlərlə rəsmi Pxenyanın Alyanska yarımadasını vurmaq potensialına malik olduğunu etiraf ediblər. ABŞ da öz təhlükəsizliyinə təhdid kimi gördüyü bu gücün qarşısını almaq və lazımi önləyici tədbirlər görmək üçün məsələni BMT TŞ-a daşımaq niyyətindədir.

 

Amma nüvə gücünə malik Şimali Koreyanın həmin başlıqları ABŞ-a qədər çatdırmaq imkanına sahib olduqdan sonra hansı önləyici tədbirlərin alınacağı maraq doğurur. Bir çox mütəxəssislər bundan sonra göstəriləcək səylərin “daldan atılan daş topuğa dəyər” atalar sözünə ekivalent olduğunu da gizlətmirlər.

Toplantının çərşənbə günü keçirilməsi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 089          Tarix: 5-07-2017, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma