
“İŞİD sıralarında savaşmaq üçün Suriyaya gedən duyğusal gənc ingilislərin cəzalandırılması yox, reabilistisya olunub yenidən cəmiyyətə qaytarılmasına izn verilməlidir”. Bu fikir hazırda Böyük Britaniyada əsas müzakirə mövzularından birinə çevrilib .
Ovqat.com xəbər verir ki, belə düşünənlərdən biri də Birləşmiş Krallığın terrora qarşı mübarizə qanunlarının müstəqil araşdırılması qurumuna təyin olunan vəkil Maks Hilldir.
Hillin fikrincə, radikallaşan gənclərin topluma qazandırılması həyati əhəmiyyət daşıyır və İŞİD sıralarında savaşdıqdan sonra peşman olub vətəninə qayıdan sadəlövh gənclərə öz xətaları ilə üzləşmək şansı verilməlidir.
Maraqlıdır ki, araşdırmalar nəticəsində Suriya və İraqda məğlubiyyətə uğradıqdan sonra İngiltərəyə qaçan yüzlərlə terrorçunun məsuliyyətə cəlb olunmadığı ortaya çıxıb. Keçmiş “xilafətçi”lərin aqibəti barədə mübahisələr də bundan sonra yaranıb.
“Xilafət” şinelindən çıxan ingilislərin hüquqi məsuliyyətə cəlb olunmamasına fərqli yanaşanlar da az deyil.
“Henry Jackson Society” adlı düşüncə quruluşunun üzvü Tom Vilsonun fikrincə isə, vətənlərinə geri dönən İŞİD-çilər son dərəcədə ciddi təhlükə yarada bilərlər: “Çünki bu adamlar sadəcə terror təşkilatına qoşulmayıb, həmçinin bir çox ağır cinayətlərə imza atıblar. Onları ədalətə təslim etmək əxlaqi vəzifədir”.
Rəsmi məlumata görə, İngiltərədən İŞİD-ə 850 gənc qatılıb və onların yarısı Mosul və Raqqa məğlubiyyətindən sonra geri qayıdıb. Avropanın digər ölkələrinə qayıdacaq İŞİD-çilərin sayının isə 8000 mindən yuxarı olacağı təxmin edilir.
Paylaş: