Azərbaycan hakimiyyəti blogger Aleksandr Lapşini Xankəndində saxlanılan əsirlər – Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirmək istəyib.
Ovqat.com xəbər verir ki, bunu bloggerin özü bildirib.
Onun iddiasına görə, Azərbaycanın bu təklifinə Rusiyanın erməni əsilli Xarici İşlər naziri Serqey Lavrov rədd cavabı verib. Bu cavabdan sonra rəsmi Bakının İsrailə üz tutduğunu yazan Lapşinin fikrincə, Tel-əviv də bu təkliflə razılaşmayıb.
Xatırladaq ki, həm Rusiya, həm İsrail, həm də Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və Dağlıq Qarabağa icazəsiz səfər etdiyi üçün rəsmi Bakının müraciəti əsasında 2017-ci ilin fevralında Minskdə saxlanılıb ölkəmizə təhvil verilmişdi. Bu ilin sentyabrın 9-da Prezident İlham Əliyevin əfv fərmanıyla azadlığa çıxan Lapşin bu humanizmə rəğmən, Azərbaycan əleyhinə çıxışlarından əl çəkməyib. Zaman-zaman ölkəmizin əleyhinə hədyanlarıyla gündəmə gələn Lapşinin son iddiası isə heç inandırıcı görünmür. Azərbaycan hökumətinin elə bir niyyəti olsa, əvvəl mübadilə məsələsini əlaqədar tərəflərlə razılaşdırıb sonra bu planı həyata keçirərdi.
Azərbaycanın Lapşinin həbsində yeganə məqsədi, zənnimizcə, Dağlıq Qarabağa icazəsiz keçişlərə laqeyd qalmayacağını nümayiş etdirmək idi.
Paylaş: