Xəbər lenti
Dünən, 19:25

  

Orta Şərqin ən sıx əhalisinə sahib ölkələrindən biri olan İran eyni zamanda gənclərin əhali arasındakı yüksək nisbətiylə da ön plana çıxmaqdadır. Bu hal bənzər şərtləri paylaşan ölkələrdə olduğu kimi, İranı da təhsil siyasəti məsələsində daim problemlərlə qarşı-qarşıya qoyur. Xüsusilə yüksək təhsil problemi ölkədə gündəmin üst sıralarını tutur.

İranda universitetlər Ali Təhsil İdarəsindən daha çox, Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən idarə olunur. Dolayısyla, ölkədə 18 üzvlü kabinet üzvlərindən Elm, Tədqiqat və Texnologiya naziri yüksək təhsildən məsuliyyət daşıyır. 19 May 2017-ci il tarixində ikinci dəfə seçilən prezident Həsən Ruhani, nazir namizədlərini parlamentə təqdim etməyə hazırlaşarkən, sözügedən nazirlik üçün nəzərdə tutduğu şəxs son anda öz vəzifəsini qəbul etmədi. Buna baxmayaraq, yeni namizəd müəyyənləşdirilmədən növbəti hökumət üvləri barədə təklif parlamentə göndərildi. Digər 17 nazirdən Enerji Nazirliyi üçün təklif edilən Həbibullah Bitərəf də parlamentin etimadını qazana bilmədi və yeni kabinet iki nazirsiz vəzifəsinə başladı. Hökumət fəaliyyətə başladıqdan 2 ay sonra, iddialara görə, Ruhaninin Elm, Tədqiqat və Texnologiya Nazirliyi üçün təklif etdiyi şəxsin namizədliyi qəbul etməyən Xamenei onun yerinə İbni Sina Universitetinin rektoru Mənsur Qulaminin namizədliyini irəli sürdü.

Gülami 29 oktyabrda parlamentin etimadını qazanaraq vəzifəsinə başladı. Yeni nazir verdiyi ilk açıqlamasında universitetlərin "İslamiləşdirilməsi" məsələsinin öz siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirdirdi. Nazir həmçinin, universitetlərdə fəaliyyət göstərən tələbə dərnəklərinin fəaliyyətlərinə, qanunlar çərçivəsi istisna olmaqla, hər hansı bir məhdudlaşdırma gətirilməyəcəyini vurğuladı.

Doğrusu, nazirlik üçün namizəd müəyyənləşdirmədəki gecikmənin arxasında bu iki məsələ yatmaqda idi. Daha da əhəmiyyətlisi, Prezident Ruhaninin açıqlamalarından Qulaminin bu vəzifəyə istəyərək gətirmədiyi aydın olmaqdadır. Belə ki, Ruhani universitetlərin azadlığını və tələbələrin təhlükəsizliyini sövdələşmə mövzusu etməyəcəyini nazirə çatdırmaq məcburiyyətində qalmışdır.

Ruhaninin işarə etdiyi bu iki xüsus, universitetlərdəki nisbi azadlığın də risk altında olduğunu göstərir, eyni zamanda tələbələr kimdən qorunması lazım olduğu sualını da ağla gətirir. Çünki 1999-ci ildə Tehran Universitetində başlayan və ölkəyə yayılan hadisələrin yatırdılmasında hüquq-mühafizə orqanlarından çox, Ənsar-ı Hizbullah və Besic Təşkilatına mənsub silahlı qüvvələr ön plana çıxmışdı. Ən əsası, 2009-ci ildə yaşanan hadisələrinin ardından da zidd düşüncələrə sahib olduqları səbəbiylə bir çox alim universitetlərdən atılmış, ali məktəblərdəki tələbə təşkilatlarına ciddi məhdudiyyətlər gətirilmişdi. Digər bir ifadəylə, İran İslam Respublikasının qırx ilə yaxınlaşan mövcudluğu ərzində davam etdirilən universitetləri "İslamiləşdirmə" siyasəti gözlənilən nəticəni vermədiyindən, bu mövzu mövcud rejim üçün əhəmiyyətli problemə çevrilmişdir.

İranda 1979 İnqilabı sonrasında universitetlərin "İslamiləşdirilməsini" də əhatə edən məqsədlər üçün dövrəyə girən Mədəniyyət İnqilabı çərçivəsində universitetlər üç il müddətlə bağlanaraq tədris planının yeniləşdirilməsinə baxmayaraq, bu gün gəlinən nöqtə etibarilə sözügedən siyasətlərin uğurlu ola bilmədiyi ortaya çıxmışdır. Klassik İslami təhsilin xaricində heç bir təcrübələri olmayan üləma (molla-Ovqat.com) sinifinin ibtidai məktəbdən universitetə qədər müasir təhsil təşkilatlarını yeniləşdirmə səyləri müvəffəqiyyət qazana bilməmişdir. 1999 və 2009-cu il hadisələri dövlətin ideoloji təməllərinin cəmiyyət tərəfindən sorğulandığını ortaya qoymuşdur. Rejimin hökumət böhranı olaraq da qiymətləndirilən hər iki hadisədə universitet tələbələrinin diqqətə çarpan rol oynadığı görülmüşdür.

Tələbə hərəkatı İran siyasi həyatında həlledici amillərdən birinə çevrilməkdədir. Bunun əhəmiyyətli səbəblərindən biri inqilabdan əvvəl və sonra mövcud avtoritar siyasi atmosferdə siyasi partiyaların fəaliyyətlərinə məhdudiyyət gətirilməsi və ya bu strukturların tamamən bağlanılması səbəbindən, partiyaların siyasi həyatda qalıcı bir statusa qovuşmamalarıdır. Bu vəziyyət partiya və seçici arasında davamlı bir bağ və etimadın meydana gəlməsinə də maneə törətməkdədir. Dövri olaraq ortaya çıxan partiyalar qısa bir müddətdən sonra onları meydana gətirən şəraitin dəyişilməsi səbəbindən öz təsirlərini itirməkdə, ya da dövlətin maneələriylə qarşı-qarşıya qalmaqdadır. Buna görə də partiyaların missiyasını əhəmiyyətli dərəcədə universitetlər və tələbə hərəkatları öz boynuna götürür.

İranın ali təhsil müəssisələrində müşahidə olunan problemlərin başqa diqqətəlayiq nəticələri də var. İslami və müasir təhsil yanaşmaları nəticəsində ölkədə hakim hala gələn ikili təhsil sistemi eyni zamanda iki fərqli dinamik gücün rəqabətini ictimai-siyasi həyata daşımışdır. Qum mərkəzli klassik islami təhsili ölkənin formal təhsil sisteminə çevirə bilməyən din adamları ilə dinin birbaşa müdaxilə etmədiyi bir təhsil anlayışından yana olan ziyalılar arasındakı tarixi mübarizə İranda hələ də  öz aktuallığını qorumaqdadır. Bu fərqdən yaranan müxtəlif insan modelləri arasındakı mübarizə İran siyasətinin əsas dinamikasını təşkil edir. Əhalinin bir seqmenti ölkənin problemlərini müasir nəzəriyyələr kontekstində qiymətləndirir və rejimin əsas siyasətləri mövzusunda rejimi sorğulayan yanaşma sərgiləyərkən, digər seqment dini və milli maraqları sintezləşdirib hakim anlayışın prinsipləri kimi cəmiyyətə qəbul etdirməyə çalışır.

Digər tərəfdən aparılan araşdırmalar İranda ibtidai məktəbdən universitetə ​​qədər irəliləyən təhsil müddətində tələbələrin gedərək sekulyarlaşdığını ortaya qoymaqdadır. Rejimə kadr yetişdirən Qumdakı İslami təhsil mərkəzləri və mədrəsələr ilə qarışıq təhsil verən bəzi universitet və ali təhsil müəssisələri də gedərək modern təhsil metodları və anlayışlarının təsiri altında qalırlar. Klassik dini təhsil müəssisələrinin ən mühüm problemi müasir sosial və siyasi məsələlərin həllində texniki biliklərinin olmamasıdır. Modern təhsil müəssisələrinin iqtisadi, sosial və mədəni sahələrdəki üstünlüyündən istifadə edərək daha səmərəli şəkildə topluma yön verdikləri müşahidə olunmaqdadır. Bu vəziyyət təbii olaraq siyasi dəyişikliklərini zəruri hala gətirir.

2009 hadisələrindən sonra universitetlərin vəziyyətini sorğulayan İnqilab rəhbəri Xamenei ictimai elmləri Qərb təhsil proqramına uyğun təhsil verdiyinə görə tənqid etmiş və Mədəniyyət İnqilabı Şurasına bu vəziyyəti gözdən keçirmək təlimatı vermişdir. O, həmçinin universitet tələbələrinin 60% -nin sosial elmlərdə təhsil almasının da lüzumsuzluğunu vurğulamışdır. 2009-cu ildən sonra tələbə hərəkatını və universitetləri siyasi cəhətdən passivləşdirmək üçün bəzi addımlar atılmışdır. Universitetlərdəki tələbə təşkilatlanmalarının fəaliyyətləri əhəmiyyətli nisbətdə məhdudlaşdırılmış, “reformist fikir ataları” kimi tanınan bəzi alimlər ali məktəblərdən atılmışdı.

Nəticə etibarilə, Yaxın Şərqdəki son hadisələr regionda dövlət-millət münasibətlərini mübahisəli hala gətirdi. Bütün bunlara bir də İranda gedərək şiddətini artıran iqtisadi problemlər, xüsusilə təhsilli kəsim arasında artan işsizlik nisbətləri əlavə olundu və ölkədəki universitetlərin və tələbə hərəkətlərinin yeni bir ictimai-siyasi hərəkata liderlik etmə potensialının yüksək olduğu ortaya çıxdı. Elm, Tədqiqat və Texnologiya Nazirliyinə namizəd seçimində yaşanan gecikmə və Ruhaninin Qulami təklifini də bu məzmunda qiymətləndirmək lazımdır.

Əlbəttə ki, bu məsələni yalnız bir nazirlə nəzarət altına almaq mümkün deyil. Mövcud rejim daha əvvəl bu məqsədlə kütləvi hərəkətlərə müdaxilə etmək səlahiyyətinə sahib İnqilab Keçikçilərinin əlaqədar qurumlarında və bu qurumlara kömək edən Besic Təşkilatının rəhbərlik heyətlərində bəzi dəyişikliklər aparmışdır. Xüsusilə 2009 hadisələrindən sonra bənzər halların təkrarlanmasına qarşı hazır olmaq məqsədiylə yaradılan "şəhər  qiyamlarını basdırma təlimləri" aparan qurumlar zaman itirmədən yeni manevrlər keçirmişdilər. Bütün bu səylər İranın qarşılaşdığı riskli inkişaf potensialından xəbər verir.

Mehmet Koç

İRAM

Azərbaycan türkçəsinə sadələşdirdi: Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 428          Tarix: 11-12-2017, 11:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma