Xəbər lenti

 

Saakaşvilinin tərəfdarlarının ələ keçirdii sarayın daxilində konsert keçirildiyi məlum olub.

Saakaşvili insanların heç bir zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa səsləyib. 

Hazırda aksiya iştirakçıları binanı tərk edərək "Azadlıq Meydanı"na doğru axın edir.

"İmpiçment marşı" adlandırılan yürüş davam edir.

***

Saakaşvili tərəfdarları parlamentin binasının qarşısına toplanaraq binaya daxil olmağa çalışırlar. Hökuməti istefaya səsləyən vətəndaşlarlarla polislər arasında da insident yaşanır. Nümayişçilər binanın qapısını qıraraq içəri giriblər. 

Musavat.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, nümayişiçilər şəhərin mərkəzində yerləşən Oktyabr sarayına daxil olub. Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimət göstərərək, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb. Son məlumata görə hüquq-mühafizə orqanları ilə toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb. 

***
Xəbər verdiyimiz kimi, dekabrın 17-də Mixeil Saakaşvili Poroşenko hökumətindən narazıları Kiyevdəki məşhur Maydana çağırıb.

Musavat.com xəbər verir ki, yürüşlə başlayan aksiya hazırda davam edir. "İmpiçment marşı" adlandırılan və hədəfi Ukrayna hökumətinin istefası olan yürüş - mitinq Mixael Saakaşvilinin facebook səhifəsindən və yutube -dən canlı yayılır.

Musavat.com həmin canlı yayımı təqdim edir.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, M. Saakaşvili bu gün Azadlıq (Maydan) meydanında keçirilən aksiyada P. Poroşenkoya barışıq təklif etmədiyini bir daha bildirib.

M. Saakaşvili səmimi insanları onun P. Poroşenko ilə razılaşması barədə xəbərlərə inanmamağa çağırıb: "Mən, canlı Saakaşvili sizin qarşınızdayam. Biz danışıqlara hazırıq, ancaq biz yalnız onun istefası barədə danışa və razılaşa bilərik. Ukrayna xalqının ləyaqətinin bərpası üçün onun istefa barədə danışmağımız mümkündür".




Ana səhifəyə qayıt        Baxış: 1 110          Tarix: 17-12-2017, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma