Xəbər lenti

  

“ABŞ-ın Ukraynaya tankəleyhinə raket satmaq qərarı bu ölkəni yenidən qan gölünə çevirməyə xidmət edir”.

Ovqat.com xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Nazirliyin digər rəsmisi Qriqoru Karasin də bənzər açıqlama verərək, bildirib ki, Moskva bu qərarın rəsmi Kiyevi Ukraynanın şəqində gücdən istifadəyə təşviq edəcəyindən ehtiyatlanır.  Onun sözlərinə görə, qərardan sonra Ukraynadakı problemin dinc həlli prosesinin relsindən çıxmaq təhlükəsi artır.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departametinin sözçüsü Heather Nauert yazılı açıqlama yayaraq, Ukraynaya müdafiə silahları vermək qərarına gəldiklərini bəyan etmişdi: “ABŞ Ukraynanın uzunmüddətli müdafiə qabiliyyətini formalaşdırmaq, suverenliyini və ərazi bütövlüyünü qorumaq məqsədilə və mümkün təcavüzləri çəkindirmək səylərinin bir hissəsi kimi bu ölkəni modern müdafiə qabiliyyətli silahlarla təmin etməyə qərar vermişdir".

Sözügedən bəyanatdan sonra Dövlət Departamentinin mətbuata sızdırdığı məlumatlardan aydın olurdu ki, ABŞ bu məqsədlə Ukraynaya 47 milyon dollarlıq silah satmağa hazırlaşır. Həmin silahların 210 tank əleyhinə raket və 35 ədəd raket batareyası olduğu bildirilir.

ABŞ-ın Ukraynaya tankəleyhinə raket sistemləri verməsi təsadüfi deyil. Bir müddət əvvəl Ukrayna hökuməti Moskvanı separatçılara tank göndərməklə günahlandırmışdı. Silahların bu təcavüzün qarşısını almaq üçün verildiyi aydındır.

ABŞ Dövlət Departamentinin hazırladığı layihə prezident Donald Trampın təsdiqindən sonra Konqresə göndəriləcək və 30 günlük dəyərləndirmənin ardından qərar səsverməyə çıxarılacaq. Konqresin razılığından sonra isə qüvvəyə minəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 505          Tarix: 24-12-2017, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma