
ABŞ Pakistanı "dini azadlıqları kəskin pozması" səbəbilə "Xüsusi Monitorinq" siyahısına əlavə edib.
Ovqat.com xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert yayıb.
Xanım diplomat bu gün yaydığı yazılı bəyanatında ABŞ-ın 1998-cu ildə qəbul olunmuş Beynəlxalq Dini Azadlıqlar Haqqında Qanunda müxtəlif tənzimləmələrə getdiyini və Pakistanı "Xüsusi Monitorinq" siyahısına əlavə etdiyini bildirib.
O, həmçinin, eyni qanun çərçivəsində Myanma, Çin, Eritreya, İran, Şimali Koreya, Sudan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələri də "Xüsusilə narahatlıq doğuranlar" siyahısına salındığını qeyd edib.
Bəyanatda bildirilir ki, bu tədbirlər adları qeyd olunan ölkələrdə dini azadlıqlara hörməti artırmağı qarşısına məqsəd qoyur: “Siyahıdakı bəzi ölkələrin dini azadlıqlar məsələsində özlərini inkişaf etdirməyə çalışdığını hiss olunur. Biz bunu məmnuniyyətlə qarşılayır və dialoqu inkişaf etdirmək istəyirik".
Pakistanın qara siyahıya salmasının ABŞ prezidenti Donald Trampın bu ölkəni terrorçulara təhlükəsiz bölgə təmin etməklə suçlamasının ardından baş verməsi diqqətçəkicidir.
Tramp Twitter paylaşımında ölkəsinin son 15 ildə Pakistana 33 milyard dollar yardım etdiyini, İslamabadın isə ABŞ-ı axmaq yerinə qoyduğunu bildirmişdi:
"Onlar bizə yalanlar və hiyləgərlikdən başqa bir şey vermədilər. Əfqanıstanda axtardığımız terrorçuları təhlükəsiz bölgələrdə gizləyirlər. Bu qədər də olmaz".
Qeyd edək ki, əfqan lider Gülbəddin Hikmətyar da dünən Kabildə keçirdiyi mətbuat konfransında Trampın bu fikirlərini dəstəkləmiş, İŞİD-ə Pakistanla bərabər İranın da dəstək verdiyini açıqlamışdı.
Paylaş: