Xəbər lenti

 İranın keçmiş prezidenti Mahmud Əhmədinecat həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Al-Quds Al-Arabi" agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, 61 yaşlı sabiq prezident aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunub. O, Buşer şəhərinə gələrək sakinlərlə söhbətində bildirib ki, hakimiyyətdə olan İran liderləri sadə insanların problemlərindən ayrıca yaşayırlar.
Bu halda o, prezident Həsən Ruhani hökumətini ölkəni bacarıqsız idarə etməkdə ittiham edib.




Ana səhifəyə qayıt        Baxış: 875          Tarix: 7-01-2018, 20:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma