
Xəbər verdiyimiz kimi, Xətai rayonu, Neopol dairəsində yerləşən ət dükanlarından birində mübahisəyə səbəb olan hadisə baş vermişdi. Özünü Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinin oğulları kimi təqdim edən iki şəxs qəssabxanadan 130 baş xırdabuynuz heyvan alıb aradan çıxmışdı.
Biz də Ovqat.com saytı olaraq qəssab Sumbat Məmmədovun redaksiyamıza müraciəti əsasında yazı hazırlamışdıq. Yazıya bu gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən cavab verilib:
"Ovqat.com saytının 01.02.2018-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş “Ət dələduzluğunun iziylə: DİN-dən necə məlumat ala bilərik, Cənablar?!” başlıqlı yazıya DİN-in Mətbuat Xidmətindən münasibət bildirilib.
Xidmətin əməkdaşı, polis baş leytenantı Natiq Cavadovun bildirdiyinə görə, hazırda zərərçəkmiş Sumbat Məmmədovun ərizəsi Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir."
Paylaş: